SƏYYAD  ƏLİZADƏNİN    YARADICILIQ  YOLU !!

          Əlizadə ( Əliyev ) Səyyad Əşrəf oğlu  Füzuli rayonunun Şıxbaba kəndində anadan olub.1965-1975-ci illərdə Arayatılı kənd orta məktəbini bitirib.Bu illər ərzində rayonun ictimai həyatında çox fəal iştirakı ilə öz yaşıdlarından daim fərqlənib.Rayonda keçirilən məhsul bayramlarında,konsertlərdə,tədbirlərdə gözəl ifası ilə tamaşaçıların hüsnü-rəğbətini qazanıb.1972-73-cü illərdə Füzulidə keçirilən “Qarabağ mahnı festivalı”nın qalibi olub.
          1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub.İnstitutda yaradılmış “Arzu” xalq çalğı alətləri ansamblının solisti kimi bir çox uğurlara imza atıb.Belə ki,1978-ci ildə Lənkəran şəhərində keçirilən “ Ümumrespublika musiqi festivalı”nın qalibi olub.
          1978-ci ilin oktyabr ayında Azərbaycan Televiziyasının məşhur “Xoş gördük tələbə”verilişində parlaq və yaddaşlarda uzun müddət qalan çıxışı ilə fərqlənib.Bu gözəl verilişə vəsiqə almaq üçün gənc müğənni 65-70 namizədin içərisindən seçilib.
           1979-cu ildə Bakı şəhərində Respublika Həmkarlar Təşkilatının təşkil etdiyi Ali və Orta ixtisas təhsil müəssisələrinin arasında keçirilən “Vətənpərvərlik nəğmələri” festivalının laureatı olub.
           1980-cı ilin fevral ayında Litva respublikasının Vilnüs və Kaunas şəhərlərində keçirilən “Tələbə-Gənclərin Ümumittifaq mahnı festivalı”nın 1-ci dərəcəli diplomuna layiq görülüb.1980-82-ci illərdə xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblın solisti kimi də fəaliyyət göstərməyə başlayıb.
          1981-82-ci illərdə  “Oxu  tar “Respublika baxış müsabiqəsinin laureatı adını qazanıb. Eyni zamanda Azərbaycan Təhsil Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqının fəxri fərmanına layiq görülüb.SSRİ Xalq Artisti,böyük bəstəkarımız,professor Süleyman Ələsgərov şəxsən Səyyad Əlizadəni Konservatoriyaya dəvət edib onun ifasını bəyəndiyini deyib,ona lazımi məsləhətlərini verib və mütləq musiqi təhsili almasını tövsiyə edib.Bu görüşdən xatirə olaraq Süleyman Ələsgərov öz imzası ilə iki kitabını gənc müğənniyə hədiyyə edib.
          1982-ci ildə institutu bitirib təyinatla Kiyev şəhərinə gənc mütəxəsis kimi işləməyə göndərilib.Həmin ilin payızında Ukraynanın Jitomir vilayətinin Berdiçev şəhərində həqiqi hərbi xidmətə yola düşüb.1982-ci ilin dekabr ayında Jitomir şəhərində təşkil olunmuş “SSRİ-nin yaranmasının 60 illiyi” festivalında qalib adına layiq görülüb.
           1984-cü ilin iyun ayında əsgəri xidmətini bitirib, ordu sıralarından leyteinant rütbəsi ilə tərxis olunub. Ukraynada musiqisiz yaşaya bilməyən Səyyad Əlizadə təyinatını yarımçıq qoyub Bakıya qayıdıb.
           1984-cü ilin payızında tanınmış müğənni Baba Mahmudoğlunun rəhbərlik etdiyi “Dastan” folklor ansamblının solisti kimi fəaliyyət göstərməyə başlayıb.
          1985-ci ildə onun ifasını bəyənən məşhur tarzən Ağasəlim Abdullayev gənc müğənnini “Araz”X.ÇA ansamblına dəvət edib.Elə həmin ildən də Səyyad Əlizadə Azərbaycan televiziyasının  musiqili verilişlərinə tez-tez dəvətlər almağa başlayıb.
          1986-cı ildə “Dastan” folklor ansamblı ilə “Neft daşları”nda neftçilər qarşısında çox maraqlı konsert proqramı ilə çıxış edib.Elə həmin ildə dəfələrlə Azərbaycan televiziyasının “Gənclik” redaksiyasının hazırladığı əyləncəli verilişlərə də gözəl ifası ilə qatılıb.
          1987-ci ildə məşhur meyxana ustadı Nizami Rəmzi ilə istedadlı musiqiçi Abasqulu Nəcəfovun yaratdığı “Meyxana” ansamblına solist kimi dəvət alıb.Respublikamızın rayon və şəhərlərində bir-birindən maraqlı konsert proqramları ilə çıxışlar edib.1987-ci ildə Səyyad Əlizadənin “Təbrizim” adlı ilk audio albomu işıq üzü görür və bu albom gənc müğənniyə böyük yaradıcılıq uğuru gətirib.
          1988-ci ildə Azərbaycan televiziyasının ən reytinqli verilişi olan “Dalğa” verilişi Səyyad Əlizadəni də öz proqramlarına dəvət edib.Buradakı parlaq çıxışı müğənninin çoxsaylı tamaşaçı kütləsi tərəfindən daha da sevilməsinə səbəb olub. 1988 –ci ilin mart ayında müğənni Azərbaycan Dövlət Filarmoniyasında iki gün solo konsert vermişdir.Konsert anşlaq keçmişdir. Pespublikamızın böyük şəhərlərində konsertlər vermək üçün dəvətlər alan müğənni fürsət düşdükcə bu şəhərlərə qastrol səfərləri edib.1988-ci ilin avqust ayında SSRİ-nin paytaxtı olan Moskva şəhərində keçirilən “SSRİ-Yunanıstan Gənclərinin Dostluğu Festivalı”nın içtirakçısı və qalibi olaraq,Azərbaycan Respublikası Komsomol Komitəsinin fəxri-fərmanı ilə təltif olunub. 1988-ci ilin payız aylarında Respublikamızda keçirilən “İstedadlar axtarırıq” festivalının laureatı adını məhz gənc və istedadlı müğənni Səyyad Əlizadə qazanıb.İndiki “Heydər Əliyev”adına sarayda keçirilən yekun konserti Azərbaycan televiziyası bütün respublikaya yayımlayıb.
         1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olmuş və 1990-cı ildə orada “Vokal” ixtisası üzrə iki illik kursu bitirmişdir.
         1989-cu ilin aprel,may, iyun və iyul aylarında Özbəkistanın Daşkənd şəhərində Konservatoriyada ,Özbəkistanın xalq artistləri Məhəbbət Şamayeva və İlyas Malayevdən xüsusi dərslər alaraq “Türkdilli xalqların mahnıları”proqramını uğurla mənimsəmiş Səyyad Əlizadə ölkəmizdə yeganə müğənnidir ki,türkdilli xalqların mahnılarını-özbək,qazax,türkmən,uyğur,qırğız,qaqauz mahnılarını da repertuarına daxil etmişdir.
         1990-cı ildə respublikamızda baş verən məlum hadisələrdən bərk sarsılan müğənni bir müddət yaradıcılığına fasilə verib.Bu hadisələrdən təsirlənən  müğənni “Azərbaycanım” adlı ikinci albomunu buraxdırıb. 1990-cı ilin may və iyun aylarında Türkiyəyə qastrol səfərinə yola düşən Səyyad Əlizadəni bu konsertlərdə “Günaydın”instrumental ansamblı müşayiət edib.Bu səfərdə Türkiyənin iyirmidən çox böyük şəhərlərində,o cümlədən İstanbul,Ankara,İzmir,Tirə,Yozqat,Elazik,Səlcuq,Antaliya,Quş adası,Bursa və
digər şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxışlar edib.Antaliyada,İzmirdə,Elazikdə və Yozqatda keçirilən konsertlər futbol
meydanlarında təşkil olunub.Səyyadın oxuduğu Azərbaycan xalq mahnılarını,təsnifləri və türkdilli xalqların mahnıları tamaşaçılar tərəfindən böyük coşğu ilə qarşılanıb.Konsertlərin belə yüksək səviyyədə keçməsi Səyyadın 1991,1992,1993,1994-cü illərdə də Türkiyənin başqa şəhərlərinə də dəvət olunmasına zəmin yaradıb.
          1991-ci ildə Səyyad Əlizadə Azərbaycan Dövlət televiziyası və “Qarabağa yardım komitəsi”nin birgə hazırladığı “Qarabağa yardım marafonu”layihəsinin ən fəal iştirakçısı olub və bu fonda külli miqdarda pul vəsaiti bağışlayıb.
          1991-ci ilin may ayında Resbublika Mədəniyyət Nazirliyinin xətti ilə Moldaviyaya qastrol səfərinə göndərilən bir qrup insəsənət nümayəndələri arasında Səyyad Əlizadə də var idi.Gənc müğənni qastrol ərəfəsində böyük zəhmətə qatlaşıb Qaqauz xalq mahnısı olan “Yalabık çoban” mahnısını öyrənib repertuarına daxil etmişdir.Növbəti konsertlərdə Azərbaycandan gəlmiş bir müğənninin dilindən öz doğma nəğmələrini eşidəndə sanki konsert salonundan bir partlayış qopurdu və bu gurultulu alqışlar Səyyad Əlizadənin növbəti ifasına qədər kəsilmək bilmirdi.Müğənnini dəfələrlə təkrarən səhnəyə dəvət edən tamaşaçılar sanki onun ifasından doymurmuş kimi onu səhnədən buraxmaq istəmirdilər.Səyyad Əlizadə Moldaviya Komsomol Komitəsinin fəxri fərmanları və təşəkkür məktubları ilə təltif olunmuşdur.
          1992-ci ilin yayında Türkiyənin İzmir şəhərində keçirilən “Uluslar arası festival”a Səyyad Əlizadə də dəvət almışdı.O,oxuduğu gözəl mahnılarla həm yerli tamaşaçıları,həm də xarici ölkələrdən gəlmiş tamaşaçıları heyrətə gətirirdi.Festivalın qaliblərindən biri  məhz Səyyad Əlizadə oldu.
          1993-cü ildə Türkiyənin Səlcuq şəhərində keçirilən festivala dəvət alan Səyyad Əlizadə bu festivalın da laureatı adını qazandı.
          1993-94-cü illərdə janrını dəyişən müğənni estrada mahnılarından ibarət bir albom yazdırdı.Albomdakı bütün mahnıların musiqiləri bəstəkar Cabbar Musayevə məxsus idi. “Gözlə gələcəyəm” adlı bu albom İstanbul şəhərində çap olunaraq Azərbaycana gətirildi.Çox böyük populyarlıq qazanan bu albomu “Bəyaz gecələr” adı ilə dəfələrlə təkrarən çap edərək satışa buraxdılar.Bu albom nəinki Azərbaycanda,hətta Türkiyədə,Rusiya Federasiyasında,Gürcüstanda,İranda,Suriyada və digər ərəb ölkələrində populyarlıq qazandı.Albomun satış sayı milyonları ötüb keçdi.Bu albomla müğənni Səyyad Əlizadə Azərbaycan Musiqisində özünəməxsus ifa tərzini təsdiq etdi.Eyni zamanda müğənni özünün “Bəyaz gecələr” instrumental ansamblını yaratdı.
          1995-ci ildə müğənni Səyyad Əlizadə Azərbaycanda ilk dəfə olaraq bir albom duet mahnılar yazdırdı.Maraqlı cəhəti o idi ki,indiyə qədər tək ifa olunmuş və daha çox duet ifaya uyğun gələn mahnılar seçilmiş,duet ifa üçün işlənmişdi.Bu proyekt hələ 80-cı illərdən müğənnini düşündürürdü.Bu həm də böyük bir risq idi.Yəni,musiqişünaslar bu məsələyə mənfi də yanaşa bilərdilər.Tərəfmüqabil kimi Səyyad Əlizadə xeyli seçim edəndən sonra Mətanət İsgəndərlini qəbul etdi.”Gözləyirəm yolunu” adlanan bu albom musiqi dünyasında böyük bir sensasiya yaratdı.Bu gün də bu albom xalq tərəfindən sevilir.
         1996-cı ilin may ayında Gəncə şəhərində “Zabitlər evi”ndə Səyyad Əlizadənin solo konserti oldu.İki gün davam edən konsertlərə həddindən çox tamaşaçı gəlmişdi.Müğənnini “Bəyaz gecələr”instrumental ansamblı müşayət edirdi.Həmin ilin iyun və iyul aylarında Rusiya Federasiyasının Tümen vilayətində yaşayan soydaşlarımız Səyyad Əlizadəni qastrola dəvət etdilər.Vilayətin yeddi böyük şəhərində,o cümlədən Surqut,Tümen,Nijni-Vartovski,Nefte-Tyuqanski və digər şəhərlərdə verilən konsert proqramları təkcə azərbaycanlıların yox, digər millətlərin də böyük marağına səbəb oldu.Payız aylarında şair Ramiz Abdullayevin sözlərinə bəstəkar Nəriman Məmmədovun bəstələdiyi “Sən ey Vətən” mahnısına klip çəkdirən müğənni vətənpərvər bir insan olduğunu,vətənimizin ağrı-acısı ilə bir yaşadığını sübut etdi. 1996-cı ilin dekabr ayında Sankt-Peterburq şəhərindəki Azərbaycan cəmiyyəti müğənnini Piterə dəvət etdi.Şəhərdəki konsert salonlarının birində keçirilən tədbirə böyük axın olduğunu görən təşkilatçılar konsertlərin sayını artırıb on beşə çatdırdılar.Müğənni iyirmi gün ərzində on beş konsert verdi.Bu konsertlər çox yüksək səviyyədə keçməklə bərabər, başqa xalqlarda Azərbaycan musiqisinə və mədəniyyətinə böyük sevgi,məhəbbət və maraq da yaratdı.
          1997-ci ilin aprel ayında çoxsaylı xahişləri nəzərə alan Azərbaycan cəmiyyəti Səyyad Əlizadəni və “Bəyaz gecələr”ansamblını yenidən Piterə dəvət etdi.Bu dəfə konsert, Avropanın ən iri konsert salonlarından biri sayılan “Oktyabrski” salonunda təşkil olunmuşdu.Salonun tamaşaçı tutumu 6000 nəfər olmasına baxmayaraq bir dənə də boş yer qalmamışdı.Konsert çox uğurla keçdi.Peterburq  televiziyası bu konserti lentə alıb  nümayiş etdirdi.Konsertlərin belə uğurlu keçməsinə,Azərbaycan musiqisinin və mədəniyyətinin başqa dövlətlərdə təbliğinə görə Səyyad Əlizadə Azərbaycan cəmiyyətinin fəxri fərmanı və təşəkkür məktubları ilə təltif olundu.1997-ci ilin iyun ayında müğənninin “Xallı qız” adlı növbəti albomu və diski satışa buraxıldı.Eyni zamanda kliplərdən ibarət “Bəyaz gecələr”adlı video kaseti işıq üzü gördü.Onu da qeyd etmək yerinə düşərdi ki,Səyyad Əlizadə kliplərdən və musiqi nömrələrindən ibarət video kaset buraxdıran ilk Azərbaycan müğənnisidir.Müğənni ölkəmizin şəhər və rayonlarında,qaçqın və köçgün düşərgələrində,cəbhə zonaları və hərbi hissələrdə mütəmadi olaraq maraqlı konsert proqramları ilə çıxışlar etmişdir.İl boyu isə müxtəlif yerlərdə və təşkilatlarda keçirilən xeyriyyə tədbirlərinə öz populyar mahnıları ilə qatılır.Bunu müğənninin aldığı çoxsaylı təşəkkür məktubları və fəxri-fərmanlar da sübut edir.
          1998-ci ildə müğənninin “Həyat sevgidir” adlı albomu və diski musiqisevərlərin ixtiyarına verilib.Prezident seçkiləri ərəfəsində bir qrup deputat heyəti ilə Naxçıvan şəhərində,Nehrəm kəndində,İmişlidə,Əlibayramlı şəhərində və respublikamızın şimal və cənub zonalarında keçirilən təbliğat və təşviqat tədbirlərində çox fəal iştirak edib.Beyləqnda yerləşən hərbi korpusda və cəbhə xəttinə yaxın olan hərbi hissələrdə Səyyad Əlizadənin verdiyi konsertlər uzun müddət əsgər və zabit heyətinin yaddaşlarından silinməyəcək.General Yaşar Aydəmirov şəxsən müğənniyə öz minnətdarlığını bildirib onu hərbi hissənin fəxri-fərmanı ilə təltif edib. Elə həmin ilin payızında “Şuşa” konsert salonunda xeyriyyə konserti ilə çıxış edən müğənni,konsertdən əldə olunan gəliri ”Şəhid anaları cəmiyyəti”nə hədiyyə etmişdir.
         1999-cu ilin yanvarında Azərbaycan Demokratik Tələbə-Gənclər Təşkilatı “Azərbaycan Tələbə-Gənclərinə göstərdiyi diqqət,qayğı,habelə mesanatlıq fəaliyyətinə görə” müğənnini “Fəxri diplomla” təltif edib.1999-cu ildə müğənni “Gözlərimin yaşı” adlı audio albom,”Xallı qız” adlı video albom və “Saçlarım bəyaz oldu”adlı disk buraxdırıb.Fevral ayında Rusiyanın Moskva və Peterburq şəhərlərinə qastrola dəvət olunub.Hər şəhərdə iki möhtəşəm konsert proqramı ilə çıxış edib.Aprel və may aylarında Azərbaycan Dövlət Televiziyasının möhtəşəm telelayihəsi olan “Xoş gəlmisiniz” proqramı çərçivəsində “Şuşa” konsert salonunda dörd konsert verib.Konsertlər çox yüksək coşqu ilə keçib.Konsertlər televiziya vasitəsi ilə bütün Azərbaycana yayımlanıb.Azərbaycan Respublikası Qarabağ Əlillər Cəmiyyəti “Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda döyüşmüş və əlillik zirvəsinə ucalmış vətən övladlarına etdiyi təmənnasız xidmətlərə görə” müğənnini Fəxri diplomla təltif edirlər. Dekabr ayında müğənni “Gücüm gözlərimin yaşına çatır” adlı mahnısına klip çəkdirir.Bu klip milyonlarla tamaşaçının sevgisini qazanır.
          2000-ci ildə İstanbulda fəaliyyət göstərən “Baycan” radiosunun Türkiyədə keçirdiyi sorğuya görə Azərbaycan mahnıları içərisində “Bəyaz gecələr” birinci yerə layiq görülüb.Müğənninin bu ildə  “Dünya gözəl dünyadır”“Bizim uşaq dünyamız” adlı iki albomu,”Gözlərimin yaşı” adlı diski və “Sankt-Peterburq görüşləri” adlı video kaseti satışa buraxılıb.”Qocalar evi”“Kimsəsiz uşaqlar evi” ində xeyriyyə konsertləri vermiş,Füzuli-Beyləqan zonalarındakı cəbhə xəttində əsgərlərlə görüşlərdə olmuş və maraqlı konsert proqramı ilə çıxış etmiş müğənni 2000-ci ildə keçirilən parlament seçkiləri ərəfəsindəki bütün təbliğat-təşviqat tədbirlərinə öz populyar mahnıları ilə qatılıb.2000-ci ilin may ayında AZƏRBAYCAN-TÜRKİYƏ GƏNCLƏRİNİN DOSTLUQ CƏMİYYƏTİ  Səyyad Əlizadəni “Fəxri Üzvlük Diplomu” ilə təltif ediblər.
2001-ci ildə müğənnin Azərbaycan Dövlət Televiziyasında “Xalq mahnıları və təsniflər” adlı canlı konserti sensasiyaya səbəb olmuşdur.Konsert o qədər uğurlu alınmışdır ki,Xalq Artistləri Məmmədbağır Bağırzadə,Arif Babayev,Niyaməddin Musayev,İslam Rzayev,Teymur Mustafayev və başqaları Səyyad Əlizadəni şəxsən təbrik etmişdilər.Müğənni bu konsertlə sübut etmişdir ki,o,estrada janrında oxusa da bizim xalq mahnılarımızın,təsniflərimizin və muğamlarımızın da mahir ifaçısıdır.2001-ci il fevral ayının 4-də Azərbaycan Respublikası “Veteran” Xidmət Mərkəzi xeyriyyəçilik xidmətlərinə görə Səyyad Əlizadəni Fəxri Diplomla təltif etdi. 2001-ci ilin may ayında “Gül ki,ürəyim gülsün” adlı audio kaseti və diski satışa buraxıldı ,tez bir zamanda böyük tamaşaçı kütləsi topladı.”Gül ki,ürəyim gülsün” klipi milyonların sevgisini qazandı,telekanalların ən çox nümayiş etdirdikləri kliplərdən birinə çevrildi.May ayının 06-da Azərbaycan Respublikası “Şəhid Anaları Xeyriyyə Mərkəzi” müğənnini fəxri fərmana layiq gördü. 2001-ci il noyabr ayının 17-də “Xətai” adına konsert salonunda Səyyad Əlizadənin “Gül ki,ürəyim gülsün” adlı möhtəşəm bir solo konserti oldu.Konsertə “Samanyolu”televiziyası vasitəsi ilə milyonlarla tamaşıçı da baxmaq imkanı əldə etmişdi. Konsert xeyriyyə məqsədi ilə təşkil olunmuşdu.Müğənni konsertdən gələn 17.000.000 manat gəliri “Qarabağ əlilləri cəmiyyəti”nin fonduna keçirdi. Dekabr ayının 30-da isə Mərdəkan qəsəbəsindəki Mədəniyyət sarayında “Şəhid anaları cəmiyyəti”nin xahişi ilə yenədə xeyriyyə konserti ilə çıxış edən müğənni konsertdən gələn gəliri elə oradaca ehtiyacı olan şəhid ailələrinə payladı.2001-ci ilin payız aylarında “Gözlərimin yaşı” adlı kliplərdən və musiqi nömrələrindən ibarət video kaseti satışa buraxıldı .           2002-ci ildə “Məhəbbət əfsanəsi” adlı ikinci duet kaseti və diski musiqisevərlərin ixtiyarına verildi.Bu albomda iki yeni mahnı ilə bərabər səkkiz ədəd retro mahnı da yer almışdı.Maraqlı cəhəti o idi ki,bu mahnılar əvvəllər tək ifa olunardı və demək olar ki,tamamilə yaddan çıxmışdı.Səyyad Əlizadə o mahnılara yenidən müraciət etməklə,onları duet şəklində ifa etməklə bu mahnılara ikinci həyat vermiş oldu.Müğənni bu dəfə tərəfmüqabil olaraq Mənzurə Musayevanı qəbul etdi. Albom çox yüksək səviyyədə qarşılandı.Bu albomdan “Bakı sabahın xeyir” mahnısına klip də çəkildi.
2002-ci ilin may ayında isə Moskva şəhərində Ostankino teleqülləsində yerləşən “Korolyovski” konsert zalında solo konsert verdi və “Azərbaycan musiqisinin təbliğində və inkişafında göstərdiyi müstəsna xidmətlərə görə” birinci dərəcəli diplomla və qiymətli hədiyyə ilə təltif olundu.2002-ci ilin yayında müğənni Rusiya Federasiyasının Voronej şəhərinə qastrola dəvət olunur və konsert verməklə bərabər məşhur “Bəyaz gecələr”mahnısına klip də çəkdirir.Eyni zamanda “Gül ki,ürəyim gülsün”adlı video kaseti satışa buraxılır.2002-ci ildə keçirilən bütün dövlət tədbirlərində həmişə fəal iştirak edir.May ayında “Şəhriyar”adına mədəniyyət mərkəzində möhtəşəm solo konsertlə çıxış edir.Azərbaycan Dövlət Televiziyası bu gözəl konserti dəfələrlə bütün ölkəyə yayımlayır.2002-ci ilin noyabr ayında Moskvada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin dəvəti ilə “Bakı” konsert salonunda solo konsert proqramı ilə çıxış edən müğənniyə və “Bəyaz gecələr” ansanblına qiymətli hədiyyələrlə bərabər cəmiyyətin təşəkkür məktublarını da təqdim edirlər.”Millenium LTD” Milli Müstəqil Musiqi Mədəniyyətimizdə göstərdiyi xidmətlərinə görə 2002-ci ilin ən populyar müğənnisi seçilən Səyyad Əlizadəni Diplomla təltif edir.
          2003-cü ildə “Su pərisi” adlı albomu,eyni adlı diski və “Gül ki,ürəyim gülsün”adlı video kaseti satışa buraxıldı.”Su pərisi” mahnısına klip çəkdirən müğənni mütəmadi olaraq cəbhə bölgələrinə və hərbi hissələrə səfərlər etmiş, əsgər və zabitlərimizə öz gözəl mahnıları ilə mənəvi dayaq olmuş və komandanlığın fəxri fərmanları ,fəxri diplomları ilə təltif olunmuşdur.2003-cü ilin avqust ayında Respublikada keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Cəmiyyətinin dəvəti ilə Ukraynanın Nikolayev şəhərinə dəvət alan Səyyad Əlizadə azərbaycanlılar və yerli əhali qarşısında iki möhtəşəm konsert proqramı ilə çıxışlar edir.Müğənninin oxuduğu ukrayna xalq mahnısı “Oy Mariçka Çiçeri” zalda sanki bir partlayış qoparır.Səyyad Əlizadəni uzun müddət səhnədən buraxmırlar.  2003-cü ilin sentyabr ayının əvvəllərində Rusiyanın Dərbənd şəhərində futbol meydanında Səyyad Əlizadənin çox möhtəşəm solo konserti qoyuldu.Konsertə Dağıstanın digər şəhərlərindən ,o cümlədən Maxaçqala,Gizlər və digər şəhərlərindən də çoxsaylı tamaşaçılar gəlmişdilər.Şəhər rəhbərliyi müğənni ilə görüşüb öz minnətdarlıqlarını bildirərək onu təkrarən Maxaçqala və Dərbənd şəhərlərinə qastrola dəvət edirlər.2003-cü ildə Respublikada keçiriləcək prezident seçkiləri ilə bağlı təşkil olunmuş təbliğat-təşviqat kompaniyası çərçivəsində iyirmidən çox konsertlərə öz sevilən nəğmələri ilə qatılmışdır.Azərbaycan Dövlət  Televiziyasında solo-konsert proqramı ilə dəfələrlə çıxışlar etmişdir.Adətinə görə bu ildə xeyriyyə konsertləri və hərbiçilər qarşısında çıxışlarını davam etdirmişdir.Payız aylarında İsmayıllı və Qəbələ meşələrində çəkdirdiyi “Xəbərin  yox” klipi öz orjinallığı ilə musiqi sevərlərin diqqətini cəlb etdi.Bu,klip çəkilişləri janrında yenilik idi.                                                                                            2003-cü ildə müğənni “Bəyaz gecələr”adlı yaradıcılıq mərkəzi açır.Bu mərkəzdə yaradıclıqla məşğul olan Səyyad Əlizadə həm də çox xeyirxah işlər də görməyə başlayır.İstedadı olan gənclərin və qocaman sənət adamlarının səslərinin lentə alınmasında təmənnasız yardımçı olmaqla bərabər o,fondda saxlanan, lakin keyfiyyətini artıq itirmiş səs lentlərinin kompüterin xüsusi proqramları vasitəsilə təmizlənib yenidən rəqəmli disklərə köçürülməsi ilə də məşğul olur.Bu günə qədər 2000-nə yaxın mahnıları,o cümlədən təsnif və muğamlrımızı,dastan və aşıq musiqilərimizi,rəqs havaları və bəstəkar mahnılarımızı və s.təmizlətdirib rəqəmli disklərə köçürtdürmüş və onları məhv olmaqdan xilas edib yenidən xalqımızın ixtiyarına vermişdir.Eyni zamanda müğənninin 1999-cu və 2002-ci illərdəki verdiyi solo konsertlərin video kasetləri satışa buraxılmışdır.
          2004-cü ildə müğənninin “Harda qaldın” albomu və diski satışa buraxıldı.Eyni adlı mahnıya çəkilən klip tamaşaçılar tərəfindən çox sevildi.Eyni zamanda “Su pərisi” adlı video kaseti də satışa buraxıldı.Bu il müğənni tam yeni janrda “Nakam  məhəbbət” adlı duet kaset də buraxdırdı.Bu alboma daxil olan retro  mahnılar elə seçilmişdi ki,unison oxunuşa uyğun gəlsinlər.Bu albom da xarakterinə görə Azərbaycan musiqi dünyasında yenilik idi.Səyyad Əlizadənin tərəfmüqabili isə gənc müğənni Türkanə Həsənova idi.Albom musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı.Bu alboma daxil olan mahnıları  Dövlət televiziyası  çəkib “Azərbaycan bəstəkarlarının əsərləri”adlı konsert şəklində dəfələrlə efirə yayımladı.2004-cü ildə müğənni “Sənətin qüdrəti” diplomu ilə təltif olundu.2004-cü ildə Sankt-Peterburqda və Moskvada azərbaycan musiqisinin başqa xalqlar arasında təbliği sahəsində çox faydalı işlər görən müğənni Samara,Çelyabinsk,Orenburq vilayətlərinə də dəvətlər aldı.2004-cü ildə müğənninin ilk VSD-si işıq üzü gördü.2004-cü ildə “Bəyaz gecələr”ansamblının 10 illiyi ilə bağlı Sankt-Peterburqda verdiyi solo konsertin diski “Sankt-Peterburq görüşləri” adlı disk şəklində satışa buraxıldı.Ansamblın yubileyi respublikamızın bəzi rayon və şəhərlərində,o cümlədən Bakı Şəhərində də konsertlərlə qeyd olunur.2004-ildə hərbiçilər qarşısında onlarla konsertlər verən  müğənni hərbi hissələrin komandirləri tərəfindən fəxri fərmanlarla  təltif olundu.
          2005-ci ildə müğənninin “Seçmələr” adlı audio kaseti və diski satışa buraxıldı.Bu albomda müğənninin ən çox sevilən lirik və oynaq mahnıları toplanmışdır.Yaz aylarında bəstəkar H.Aslanovun bəstələdiyi “Qaranquşlar gələndə” duet mahnısını lentə yazdırdı.Tərəfmüqabili Türkanə Həsənova idi.Bu duet nəğməyə Şamaxı,İsmayıllı və Qəbələ rayonlarında klip çəkdirib tamaşaçıların ixtiyarına verdi.Bu klip ictimayət tərəfindən böyük maraq və sevgi ilə qarşılandı.Nəinki Azərbaycanda hətta qonşu dövlətlərdə-İranda,Rusiyada,Özbəkistanda,Qazaxıstanda,Türkiyədə,Türkmənistanda,Gürcüstanda və s.digər dövlətlərdə də sevilən bu klip bir daha Azərbaycan müsiqisinin zənginliyini sübut etdi.Ölkəmizdə keçirilən parlament seçkiləri ilə bağlı bütün tədbirlərə dəvət alan müğənni bu tədbirlərdə çox fəal iştirakı ilə fərqlənmişdir.Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiyası tərəfindən fəxri fərmanla,NQÇİ-nin fəxri diplomla,Azərbaycan Respublikası “Oskar”mədəniyyət qəzetinin “Milli Oskar” mükafatı və “Oskar” İncəsənət”mükafatı Fəxri Diplomları ilə təltif olunmuşdur.”Qarabağ əlilləri cəmiyyəti”,”Şəhid anaları cəmiyyəti”nin təşkil etdikləri xeyriyyəçilik tədbirlərində dəfələrlə iştirak etmişdir.Hərbi hissələrdə və cəbhə xəttlərində çoxsaylı konsert proqramları ilə çıxışlar etmişdir.Rusiya Federasiyasının müxtəlif şəhərlərinə dəvətlər almış və Azərbaycan musiqisinin başqa xalqlar arasında təbliği sahəsində əvəzolunmaz xidmətlər göstərmişdir.2005-ci ilin oktyabr ayında Səyyad Əlizadə “Bəyaz gecələr”ansamblı ilə ÇİN Xalq Respublikasına qastrol səfərinə dəvət olunub.Urumçi və digər şəhərlərdə üç möhtəşəm konsert proqramı ilə çıxışlar edib.Onun ifa etdiyi Azərbaycan mahnıları ilə bərabər uyğur,qaqauz,qazax,özbək,türk,türkmən,qırğız və digər xalqların mahnıları tamaşaçıları heyrətə gətirir.Müğnniyə Urumçi şəhərində albom buraxmaq təklif olunub.
          2006-cı ildə “Azəri qızları” adlı audio albomu və diski satışa buraxılmışdır.Eyni zamanda “Bu həyat bizimdir”adlı video kaseti tamaşaçıların ixtiyarına verilir.Moskva və Sankt-Peterburq şəhərlərində Azərbaycan cəmiyyətlərinin təşkil etdikləri bayram tədbir-konsertlərinə dəvət olunmuş və tamaşaçılara böyük sevinc hissləri bəxş edir.2006-cı ildə 470 saylı hərbi hissənin yaradılmasının 15 illiyi münasibəti ilə hərbi hissədə əsgər və zabit heyəti qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edərək,rəhbərlik etdiyi “Bəyaz gecələr”ansamblı ilə bərabər özü də hissə komandirinin fəxri fərmanı ilə təltif olunur.2006-cı ildə müğənninin DVD diski və ikinci VSD-si satışa buraxıldı.Burada 33 klip və musiqi nömrələri yer almışdı.Eyni zamanda bu disklərin video kaset forması da satışa buraxıldı.2006-cı ildə Dahi Siyasətçi Heydər Əliyevin doğum günü“Respublika günü” münasibətilə mədəniyyətin və idmanın inkişafındakı xidmətlərinə görə QOLD-STAR Diplomuna,Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə mədəniyyətin və idmanın inkişafında göstərdiyi xidmətlərə görə PRESTİJ-Diplomu ilə təltif olundu.Elə həmin ilin payızında Saray  qəsəbəsindəki əlil uşaqlar mərkəzində və Bilgəhdəki “Qocalar evi”ndə xeyriyyə konsertləri ilə çıxışlar etmişdir.Azərbaycan Respublikası “Oskar” mədəniyyət qəzeti müğənni Səyyad Əlizadəni mədəniyyətin,milli musiqinin,ədəbiyyatın inkişafında,təbliğində göstərdiyi xidmətlərə və mətbuatla daim əməkdaşlığına görə “OSKAR SİMA” Mükafatı Fəxri Diplomu və  “QIZIL  NOT” Mükafatı Fəxri Diplomu ilə təltif etdi.Müğənni dördüncü duet albomu yazdırmaq üçün mahnıların seçilməsinə və mahnıların mətnlərinin duet ifalar üçün işlənməsinə başladı.2006-cı ilin dekabr ayında müğənni “Səni mən çox axtarmışam”mahnısına klip çəkdirdi.Bu mahnı və klipi böyük əks-sədaya səbəb oldu.
          2007-ci ildə müğənninin ikinci DVD diski işıq üzü gördü.Çoxdan planlaşdırdığı “Azərbaycanlıyam” mahnısının sözlərini yazıb bitirdi.Musiqisini bəstələdi və bu mahnını oranjeman edilmək üçün studiyaya verdi.İlin əvvəlində şairə Zemfira Əlişqızının sözlərinə bəstəkar Samir Bədəlbəylinin bəstələdiyi və Türkanə Həsənova ilə oxuduğu “Dəniz”duet mahnısına klip çəkdirdi.Klip ölkəmizdə və onun hüdudlarından kənarda da sevildi.                                       Ölkə prezidenti İlham Əliyev cənablarının verdiyi “Gənclər ili”“Reqionların iqtisadi-inkişafı proqramı” sərəncamı çərçivəsində rayonlarda,o cümlədən Ağdam və Füzuli rayonlarında YAP Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən tədbir-konsertlərdə bir qrup deputat-ziyalı ilə bərabər  Səyyad Əlizadə də çox fəal iştirak etmişdir.
Milli Musiqinin İnkişafındakı xidmətlərinə görə müğənni “Muğam Mükafatı” Diplomuna layiq görülmüşdür.
Şəki şəhərində keçirilən Dövlət tədbirlərində və Mədəni-Kütləvi tədbirlərdə fəal iştirak etdiyinə görə Səyyad Əlizadə Şəki şəhər icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilib.2007-ci ildə müğənninin  MP-3 diski musiqisevərlərin ixtiyarına verilib.2007-ci ilin sonlarında “Axtaracaqsan”adlı diski və audio kaseti işıq üzü görüb.2007-ci ildə də müğənni öz ənənəsinə sadiq qalaraq hərbi hissələrdə,cəbhə bölgələrində,əlillər və qocalar evində onlarla xeyriyyə konsertləri verib.
          2008-ci ildə müğənninin “Sənin üçün oxuyuram”adlı audio kaseti və diski satışa buraxılıb.Səyyad Əlizadə bu albomdan iki mahnıya,sözləri şair Tağı Sadiqə, musiqisi isə müğənninin özünə aid olan “Dilsiz dayanıb” və sözləri Təvəkkül Qurbana, musiqisi isə bəstəkar Razim Paşayevə aid olan “Sənin üçün oxuyuram”mahnılarına klip çəkdirib.
27 fevral 2008-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində Azərbaycan cəmiyyətinin Rusiyada keçiriləcək Prezident seçkiləri ilə bağlı təşkil etdiyi böyük konsert proqramında çox uğurlu çıxışı ilə seçilmişdir.
19 mart 2008-ci ildə Moskva şəhərində,
20 mart 2008-ci ildə isə Sankt-Peterburq şəhərlərində Azərbaycan Cəmiyyətinin təşkil etdikləri Novruz Bayramı konsertlərində yaddaşlarda qalan çıxışları ilə fərqlənmişdir.
03 may 2008-ci ildə Bakı şəhəri Nərimanov rayonu,eyni adlı parkda Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Dövlət tədbirinə öz populyar nəğmələri ilə qatılmışdır.
05 may 2008-ci ildə Şəmkir şəhərində Ulu Öndərimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar keçirilən Dövlət tədbirində fəal çixişlar etmişdir.
06 may 2008-ci ildə Dəllər qəsəbəsində yerləşən Dövlət Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində Ulu Öndərimiz Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı keçirilən Dövlət tədbirində gözəl çıxış etmişdir.
06 may 2008-ci ildə axşam saatlarında Zaqatala şəhərində Ulu Öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Dövlət tədbirinə öz sevilən nəğmələri ilə qatılmışdır.
07 may 2008-ci ildə Balakən və Şəki şəhərlərində Ulu Öndərimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar keçirilən Dövlət tədbirlərində çox fəal iştirak etmişdir.
09 may 2008-ci ildə “Qələbə Günü” münasibəti ilə Milli Parkda keçirilən Dövlət tədbirində uğurlu çıxış etmişdir.
10 may 2008-ci ildə Bərdə şəhərində Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin yubileyinə həsr olunmuş Dövlət tədbirində uzun müddət yaddaşlardan çıxmayan çıxış etmişdir.
11 may 2008-ci ildə Ağdamın Quzanlı qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Dövlət tədbirində  fəal iştirak etmişdir.
27 may 2008-ci ildə Yeni Azərbaycan Partiyasının Yasamal şöbəsinin dəvəti və təşkilatçılığı ilə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgər və zabit heyəti qarşısında,o cümlədən Beyləqan şəhər sakinləri qarşısında rəhbəri olduğu “Bəyaz gecələr” ansamblı ilə “Respublika Günü”nə həsr olunmuş Dövlət tədbirlərində möhtəşəm konsert proqramı ilə parlaq çıxışlar etmişdir.
28 may 2008-ci ildə saat 11-də Heydər Əliyev prospektində yerləşən “N” saylı hərbi hissədə “Respublika Günü”nə həsr olunmuş bayram konsertində,saat 13-də Saray qəsəbəsində yerləşən “Əlil uşaqlar mərkəzi”ndə və saat 15-də Biləcəri qəsəbəsindəki Milli Parkda təşkil olunmuş bayram tədbirlərində bir-birindən maraqlı çıxışlar etmişdir.
01 iyun 2008-ci ildə Bakı şəhəri Xətai İcra Hakimiyyətinin təşkil etdiyi xeyriyyə konsertində,saat 16-da isə Nizami rayonunda təşkil olunmuş xeyriyyə konsertində çox fəal çıxışlar etmişdir.
15 iyun 2008-ci ildə Bərdə şəhərində “Qurtuluş Günü”nə həsr olunmuş Dövlət tədbirindəki fəal iştirakına görə Bərdə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
06 avqust 2008-ci ildə Nizami rayonunun İctimai-Siyasi həyatında fəal iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının Nizami rayon şöbəsi Səyyad Əlizadəyə təşəkkür məktubu yazmış və onu Fəxri Fərmanla təltif etmişdir.
15 sentyabr 2008-ci ildə müğənni,iş adamı Feyzi Ağayevin M.Ə.Sabirin “Hop-hopnamə”əsərinin azərbaycancadan ruscaya tərcümə etdirdiyi nüsxəsindən 600 ədəd Bakıya gətirib “Mədəniyyət və Turizm Nazirliyi”nə hədiyyə etmişdir.
17 sentyabr 2008-ci ildən 24 sentyabr 2008-ci il tarixinə qədər Rusiya Federasiyasının Orenburq,Novotroisk və Orsk şəhərlərində “Azərbaycan Mədəniyyəti Günləri” çərçivəsində rəhbəri olduğu “Bəyaz gecələr” ansamblının  iştirakı ilə dörd möhtəşəm konsert proqramındakı parlaq çıxışları  tamaşaçıları riqqətə gətirmiş və onları Azərbaycan musiqisini ayaqüstə alqışlamağa sövq etmişdir.Müğənni eyni zamanda “Yetimlər evi”nə getmiş,hər bir uşağa fərdi hədiyyələr aparmış və vilayət rəhbərliyinin təşəkkürlərini qazanmışdır.Səyyad Əlizadənin Novotroisk şəhərindəki parlaq çıxışından sonra şəhər rəhbərliyi tarix muzeyində Azərbaycan guşəsi açmağa qərar vermişdir.Burada Azərbaycan Xalqının milli geyimləri,Milli musiqu alətləri və s.toplanıb gələnlərə nümayiş olunacaqdır.Konsertlərə digər xalqların nümayəndələri də böyük maraq göstərirdilər.Orenburq vilayətində fəaliyyət göstərən başqa xalqların cəmiyyətləri Səyyad Əlizadəni və “Bəyaz gecələr”ansamblını “Təşəkkür məktubları”,”Fəxri-Fərmanlar”la və qiymətli hədiyyələrlə təltif etdilər.Bu məktublardan müğənninin Azərbaycan musiqisinin təbliğindəki xidmətlərinin əvəzsiz olduğu bir daha aydın olur.
27 sentyabr 2008-ci ildə qarşıdan gələn Prezident seçkiləri ərəfəsində Ağcabədi şəhərində keçirilən təbliğat-təşviqat tədbirinə Səyyad Əlizadə də öz populyar mahnıları ilə qatıldı.Ümumiyyətlə Prezident seçkiləri ilə bağlı keçirilən tədbirlər çərçivəsində müğənni,
28 sentyabr 2008-ci ildə Ağdamın Quzanlı qəsəbəsində,
29 sentyabr 2008-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsində,
30 sentyabr 2008-ci ildə Beyləqan şəhərində,
02 oktyabr 2008-ci ildə İmişli şəhərində,
03 oktyabr 2008-ci ildə Saatlı şəhərində,
05 oktyabr 2008-ci ildə Sabirabad şəhərində,
06 oktyabr 2008-ci ildə Xızı şəhərində,
07 oktyabr 2008-ci ildə Siyəzən şəhərində,
08 oktyabr 2088-ci ildə Dəvəçi şəhərində,
09 oktyabr 2008-ci ildə Qusar şəhərində,
10 oktyabr 2008-ci ildə Xaçmaz şəhərində,
12 oktyabr 2008-ci ildə Xırdalan şəhərində,
13 oktyabr 2008-ci ildə Sumqayıt şəhərində keçirilmiş tədbirlərdə xüsusi fəallığı ilə seçilmişdir.
“Press AZƏRBAYCAN”“Press XALQ” qəzeti redaksiya heyətinin qərarı ilə SƏYYAD ƏLİZADƏ Ümummilli Lider HEYDƏR ƏLİYEV siyasi kursunu dəstəkləyərək,Ulu Öndərimizin ictimai-siyasi fəaliyyətini təbliğ etdiyinə,Xalq Musiqisinin inkişafındakı yüksək xidmətlərinə və Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığına görə “JURNALİSTLƏRİN  DOSTU” Fəxri Media Diplomu ilə təltif edilmişdir.
“Press XALQ” qəzeti idarə heyətinin qərarı ilə Seçilən Müğənni  SƏYYAD  ƏLİZADƏ  Musiqi sənətimizin inkişafında yüksək xidmətlərinə,Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığına görə BƏYAZ  GECƏLİ  MÜĞƏNNİ  Fəxri Media Diplomu ilə təltif olunmuşdur.
05 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında müğənni Professional səhnə fəaliyyətinin 30 ili,yaratdığı “Bəyaz gecələr” ansamblının 15 illik yubileyləri çərçivəsində möhtəşəm solo konsert vermişdir.Konsertdə Respublikanın tanınmış sənət adamları və ziyalıları da iştirak etmişdilər.
09 dekabr 2008-ci ildə Bakı şəhərində Daxili Qoşunların “N” saylı hərbi hissəsində Qurban bayramı günündə “Bəyaz gecələr” ansamblının müşayiəti ilə  hərbiçilər qarşısında maraqlı və yadda qalan konsert vermişdir .Hərbi hissənin komandiri müğənnini və ansamblı Fəxri Fərmanlarla təltif etmişdir.
29 dekabr 2008-ci ildə Şəhid Anaları Cəmiyyətinin təşkilatçılığı ilə Beyləqan rayonunda yerləşən “N”saylı hərbi hissədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2009-cu ilin gəlişi münasibəti ilə hərbiçilərlə görüşdə ən populyar mahnılarını ifa etmiş və çox fəal iştirak etmişdir.Hərbi hissənin komandiri müğənniyə öz təşəkkürünü bildirməklə bərabər onu Fəxri Fərmanla da təltif etmişdir.
          2009-cu ilə də müğənni öz yaradıcılıq fəaliyyətində yeniliklər etmək planı ilə başladı.İlin əvvəlindən iki yeni albom üzərində gərgin işə başlayan Səyyad Əlizadə oxuyacağı nəğmələrin ən son üslubda oranjeman edilməsinə üstünlük verir.
10 yanvar 2009-cu ildə Daxili Qoşunların Bakı şəhərində yerləşən Qospitalının 16 illik bayram tədbirində çox fəal iştirak etmişdir.
08 fevral 2009-cu ildə H.Z.Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə yeni çağrılmış əsgərlərin “And içmə” mərasimində iştirak etmiş və sevilən nəğmələri ilə şəxsi heyətə mənəvi qida bəxş etmişdir.
18 fevral 2009-cu ildə Türkan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Sərhəd Qoşunlarının Sahil Mühafizə Xidməti Hərbi Hissəsinin yaranmasının 4 illiyi ilə bağlı keçirilən tədbir-konsertdə yaddaqalan çıxışı ilə fərqlənmişdir.
13 mart 2009-cu ildə Azərbaycan Müjdələri İctimai-Siyasi Təşkilatı  Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına,qazanmış olduğu çoxsaylı uğur və nailiyyətlərə görə müğənni Səyyad Əlizadəni “ VƏTƏN “ Fəxri Diplomu ilə təltif etmişdir.
21 mart 2009-cu ildə “Novruz” bayramı münasibəti ilə Xaçmaz şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Dövlət tədbirində fəal iştirakı ilə seçilmişdir.
04 aprel 2009-cu ildə “Əbilov”adına mədəniyyət mərkəzində keçirilən yubiley tədbirlərinə öz ifası ilə coşğu gətirən müğənni sürəkli alqışlar qazanmışdır.
05 aprel 2009-cu ildə Beyləqan rayonundakı “N” saylı hərbi hissənin ön cəbhədə yerləşən əsgər və zabit heyyəti qarşısında yadda qalan çıxışı ilə fərqlənmişdir.Bu görüşü təşkil edən “Şəhid Anaları Cəmiyyəti” müğənniyə təşəkkürünü bildirmişdir.
09 aprel 2009-cu ildə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşə gedən Səyyad Əlizadə T-72 tankları ilə gedən döyüş təlimlərində bilavasitə yaxından iştirak edir.Onun hərbi hazırlığı və hərbi texnika barədə geniş məlumatlı olması əsgərləri və yüksək çinli zabitləri belə heyrətə gətirir.Müğənni vaxtı ilə tank diviziyasında qulluq etmişimiş.Nümunəvi qulluq edən bir əsgəri “Xəzər Tv” ilə valideynlərinin görüşünə gətirən müğənni kənd əhalisi mərəfindən çox yüksək səviyyədə qarşılanmışdır.
25 may 2009-cu ildə Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”ndə təşkil olunmuş xeyriyyə konsertində iştirak etmişdir.”Qocalar evi”nin sakinləri müğənnini çox sevdiklərini demiş və müğənnidən onları tez-tez yoxlamasını xahiş etmişdilər.
28 may 2009-cu ildə Yeni Azərbaycan Partiyası Yasamal Rayon şöbəsinin təşkilatçılığı ilə “Respublika Günü”ndə rayon ziyalıları ilə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə olmuş,əsgər və zabitlərlə görüşmüş və bayrmlarını təbrik edərək onlar üçün ən yeni nəğmələrini ifa etmişdir.Hərbi hissə komandiri müğənnini Fəxri Fərmanla təltif etmişdir.
01 iyun 2009-cu ildə “Parlament” qəzetinin apardığı sorğu nəticəsində “İlin Vətənpərvər Oğlu” ordeni ilə təltif olunmuşdur.
14 iyun 2009-cu ildə “ Qurtuluş Günü “ münasibəti ilə Qusar Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Dövlət tədbirində müğənni öz fəallığı ilə seçilmişdir.
25 iyun 2009-cu ildə Rusiya Federasiyasının Orenburq vilayətinin Novotroisk şəhərində Səyyad Əlizadənin birbaşa köməkliyi ilə vilayət muzeyində Azərbaycan bölməsi açılıb.Muzeydə hələlik müğənninin Bakıdan göndərdiyi milli geyimlərimiz,milli musiqi alətlərimiz və başqa eksponatlar qoyulub.Gələcəkdə bu eksponatların sayının artırılması nəzərdə tutulub.
01 iyul 2009-cu ildə Şirvan şəhərində “Heydər Əliyev” adına parkda “Polis günü”nə həsr olunmuş bayram konsertində öz fəallığı ilə seçilən müğənniyə şəhər rəhbərliyi və polis şöbəsinin rəisi şəxsən təşəkkürlərini bildirmişlər.
18 sentyabr 2009-cu ildə Bilgəhdə yerləşən “Qocalar evi”ndə təşkil olunmuş xeyriyyə konsertində ,Səyyad Əlizadə,özünün ən çox sevilən nəğmələri ilə qatılmışdır.
21 sentyabr 2009-cu il tarixində “Qocalar evi”ndə təşkil olunmuş xeyriyyə tədbirinə Səyyad Əlizadə yenə də dəvət olunmuşdur.Bu dəvətlərdən və “Qocalar evi”nin sakinlərinin alqışlarından müğənninin burada da necə sevildiyini görməmək mümkün deyil.
05 oktyabr 2009-cu ildə “Müəllimlər günü” münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkil etdikləri Dövlət tədbirinə populyar müğənni Səyyad Əlizadə də dəvət olunmuşdur və təşkilatçıların təşəkkürünü qazanmışdır.
07 oktyabr 2009-cu ildə Yasamal Rayon İcra Hakimiyyətinin dəvəti ilə rayon ərazisində keçirilən rayon icra aparatı işçiləri və deputatlarla yerli sakinlərin görüşü Dövlət tədbirində ən fəal iştirakçılardan biri olmuşdur.
14 oktyabr 2009-cu ildə “Lider” televiziyasının ən reytinqli verilişi olan “Solo” verilişi Səyyad Əlizadəni “Bəyaz gecələr” ansamblı ilə birlikdə verilişə qonaq dəvət etmişdi.Canlı yayımla müğənninin oxuduğu solo konsert böyük əks-səda doğurmuş,verilişə edilən zənglərin sayı rekord həddə çatmışdır.Bu verilişə Azərbaycan tamaşaçılarından əlavə xarici tamaşaçılardan da,o cümlədən Almaniyadan,Rusiyadan,İrandan,Türkiyədən,İzraildən və digər ölkələrdən də çoxsaylı telefon zəngləri və təşəkkürlər daxil olmuşdur.
02 fevral 2010-cu ildə “Gənclər günü” münasibəti ilə Respublika Gənclər və İdman Nazirliyinin, “Yetkinlik yaşına çatmayan uşaqlar üçün”təlim və tərbiyə müəssisəsi”ndə təşkil olunmuş bayram tədbirində öz populyar mahnıları ilə gözəl çıxış etmişdir.
18 fevral 2010-cu ildə Nəsimi Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdikləri “Ekologiya ili” çərçivəsində “Gənclərlə görüş” Dövlət tədbirinə dəvət olunmuş müğənni öz sevilən nəğmələri ilə görüş iştirakçılarına böyük mənəvi zövq yaşatmışdır.
19 fevral 2010-cu il tarixində Respublika Gənclər Təşkilatının təşkilatçılığı və dəvəti ilə “Gənclər arasında vətənpərvərlik duyğularının aşılanması və xeyriyyə marafonu” tədbirində öz fəallığı  ilə seçilmişdir.
24 fevral 2010-cu il tarixində Qəbələ rayonunun Bum kəndindən Qarabağ uğurunda döyüşlərdə canını vətən yolunda qurban vermiş Şəhid Rafiq haqqında yazılmış dastanın lentə alınmasına maddi və mənəvi dəstək olmuşdur.
05 mart 2010-cu ildə Nəsimi Rayon İcra Hakimiyyətinin “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təşkil etdikləri Dövlət tədbirində yeni mahnı çələngi ilə qatılmışdır.
06 mart 2010-cu il tarixində “Heydər Əliyev” adına Ali Hərbi Məktəbdə zabit və kursant heyəti qarşısında xeyriyyə konserti ilə çıxış edən müğənni komandanlığın fəxri-fərmanı ilə təltif olunmuşdur.
11 mart 2010-cu ildə “Şəhid Anaları Cəmiyyəti”nin təşkilatçılığı və dəvəti ilə Füzuli rayonunda,cəbhə xəttində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabit heyəti qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişdir.Hissə komandiri Səyyad Əlizadəni, öz vətənpərvər çıxışı ilə əsgərlərdə yüksək əhval ruhiyyə yaratdığına görə fəxri-fərmanla təltif etmişdir.
18 mart 2010-cu ildə Salyan Rayon İcra Hakimiyyətinin təşilatçılığı və dəvəti ilə rayon zəhmətkeşləri üçün hazırlanmış “Novruz” bayramı ilə əlaqədar keçirilən Dövlət tədbirində biri-birindən gözəl mahnəları ilə tamaşaçıları daha da fəal olmağa ruhlandırmışdır.Rayon rəhbərliyi Səyyad Əlizadəyə öz təşəkkürlərini bildirmişdir.
19 mart 2010-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “Novruz şənlikləri”ndə müğənni Səyyad Əlizadə də yaxından iştirak etmişdir. 
20 mart 2010-cu ildə Respublika Gənclər Təşkilatının “Əlil və kimsəsiz uşaqlar” üçün “Dostluq” mərkəzində təşkil etdikləri “Novruz” bayramı Dövlət tədbirində fəal iştirak etmişdir.
21 mart 2010-cu il tarixində Lənkəran şəhərində fəaliyyət göstərən “Cənub TV”-nin dəvəti ilə canlı bayram konserti ilə çıxış edən Səyyad Əlizadə milyonlarla insanlara böyük bir sevinc hissləri yaşatmışdır.Bunu Azərbaycanın rayonlarından və xaricdən birbaşa verilişə edilən telefon zəngləri də sübut edir.
30 aprel 2010-cu il tarixində “Heydər Əliyev” adına Ali Hərbi Təyyarəçilik məktəbində “Qələbənin 65 illiyi” münasibəti ilə solo konsert proqramı ilə çıxış edən Səəyad Əlizadəni zabit və əsgər heyyəti uzun müddət səhnədən buraxmadılar.Müğənini konsertdə rəhbəri olduğu “Bəyaz gecələr” instrumental ansamblı müşayət edirdi.Müğənni və musiqiçilər hərbi məktəbin rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olundular.
06 may 2010-cu il tarixində Azərbaycan Dövlət Dəmir Yolu Kollecində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqda ydda qalan çıxışı ilə tamaşaçılara gözəl ovqat bəxş etmişdir.
09 may 2010-cu ildə Goranboyda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ili münasibətilə təşkil olunmuş Dövlət tədbirində parlaq çıxışı ilə fərqlənmişdir.
10 may 2010-cu il tarixində Ucar şəhərində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ilinə həsr olunmuş Dövlət tədbirində uzun müddət yaddaşlardan silinməyən çıxışı ilə tamaşaçıların sürəkli alqışlarını qazanmışdır.
25 may 2010-cu ildə Dövlət Mahnı Teatrında “Ümid dolu arzular” adlı xeyriyyə konsertində iştirak etmişdir.
28 may 2010-cu il tarixdə Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin təşkilatçılığı və dəvəti ilə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə “28 May Respublika Günü” münasibətilə keçirilən dövlət tədbirində çox fəal iştirak etmiş və hərbi hissə rəhbərliyinin “Fəxri fərman”ı ilə təltif olunmuşdur.Axşam saatlarında isə “Heydər Əliyev” adına istirahət parkında təşkil olunmuş bayram konsrtində parlaq çıxışı ilə seçilmişdir.
06 avqust 2010-cu ildə Səyyad Əlizadənin “Bəyaz gecələr” instrumental ansamblının Orenburq konserti” adlı yeni albomu işıq üzü gördü.
30 oktyabr 2010-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində “Gənclərin Töhfəs” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Gələcəyimizə sahib çıxaq” adlı xeyriyyə konsertində iştirak etmiş və həmin birliyin fəxri fərmanı ilə təltif olunmuşdur.
16 noyabr 2010-cu ildə Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə,”Qurban bayramı” münasibəti ilə təşkil olunmuş bayram tədbirində Səyyad Əlizadənin təşkilatçılığı və rəhbərliyi ilə çov gözəl bir konsert baş tutmuşdur.Müşayətçi isə “Bəyaz gecələr” instrumental ansamblı idi.Hərbi hissə komandiri müğənnini və ansamblı fəxri fərmanlarla təltif etdi.
12 dekabrın 2010-cu il tarixdə Səyyad Əlizadə “Yeni Şans”İctimai-siyasi birliyi tərəfindən Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesində,onun inkişafının möhkəmləndirilməsində,aparılan əsaslı islahat proqramının həyata keçirilməsində,xüsusilə də respublikamızda musiqinin inkişafı sahəsində göstərdiyi misilsiz xidmətlərini və mətbuatla saxladığı dost,səmimi münasibətinə görə “Vətənpərvər İnsan” fəxri diplomuna layiq görülmüşdür.
04 dekabr 2010-cu ildə “Qocalar evi”ndə təşkil olunmuş xeyriyyə konsertində Səyyad Əlizadənin çıxışı yaşlı sakinlərin ürəncə oldu.
23 dekabr 2010-cu ildə Mədəniyyət və Turizm Naziriyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birlikdə təşkil etdikləri “Bakı gecələri” ümumrespublika müsabiqəsinin “Ən gözəl ifaya görə” fəxri diplomuna və prizinə layiq görülmüş,”Heydər Əliyev” adına Respublika sarayında yekun konsertdə çox uğurlu çıxış etmişdir.
24 dekabr 2010-cu ildə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Azərbaycan Dövlət “Muğam teatrı”nda təşkil olunmuş dövlət tədbirində maraqlı çıxışı ilə tamaşaçılara xüsusi zövq vermişdir.
07 mart 2011-ci ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə, “S.Vurğun” adına Rus Dram Teatrında təşkil etdiyi  bayram tədbirində fəal çıxış etmişdir.
17 mart 2011-ci ildə Daxili Qoşunların Qaraçuxur qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “Bəyaz gecələr” ansamblının müşaiyəti ilə “Novruz” bayramına həsr olunmuş möhtəşəm bayram konserti vermişdir.
18 mart 2011-ci il tarixdə Bakı şəhərinin “N.Nərimanov” istirahət parkında “Nərimanov” Rayon İcra Hakimiyyətinin təşkil etdiyi “Novruz” şənliklərində gözəl çıxışı ilə fərqlənmişdi.
19 mart 2011-ci il tarixində,günün birinci yarısında Biləcəri qəsəbəsində yerləşən “Heydər Əliyev” adına istirahət parkında Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Novruz” şənliklərində öz populyar nəğmələri ilə tamaşaçılara gözəl ovqat bəxş etmişdir.
19 mart 2011-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkil etdiyi dövlət tədbirində,bayram şənliklərində fəal iştirak etmiş və tamaşaçıların sürəkli alqışlarını qazanmışdır.
20 mart 2011-ci il tarixdə Daxili Qoşunların “Heydər Əliyev” prospektində yerləşən “H” saylı hərbi hissəsində “Novruz”a həsr olunmuş dövlət tədbirində gözəl çıxışı ilə fərqlənmişdir.Hərbi hissənin rəhbərliyi tərəfindən fəxri-fərmanla təltif olunmuşdur.
24 mart 2011-ci ildə Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühavizəsinin hərbi bazasında “Novruz” bayramına həsr olunmuş dövlət tədbirində gözəl konsert proqramı ilə çıxış etmiş və komandanlığın fəxri-fərmanı ilə təltif olunmuşdur.
26 mart 2011-ci il tarixdə “Günəşli” qəsəbəsində yerləşən 2 saylı uşaq evində “Gələcəyimizə sahib çıxaq” devizi altında keçirilən xeyriyyə tədbirində rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblı ilə möhtəşəm konsert proqramı ilə çıxış etmiş və təşkilatçıların fəxri-fərmanları ilə mükafatlandırılmışdır.
22 aprel 2011-tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında keçirilən dövlət tədbirində çox fəal iştirak etmiş,müəllim,zabit və kursant heyətinin sürəkli alqışlarını qazanmışdır.Akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadə müğənni Səyyad Əlizadəni Fəxri-Fərmanla təltif etmişdir.
29 aprel 2011-ci il tarixində Yasamal rayonu 53 saylı məktəbdə baş tutmuş “Könlüm keçir Qarabağdan” adlı ictimai,siyasi və mədəni tədbirin təşkilində və  keçirilməsində yaxından iştirak etmişdir.
04 may 2011-ci ildə Mərdəkan qəsəbəsində, Bakı Mədəniyyət və Turizm idarəsi ilə “Xəzər” Rayon İcra aparatının birlikdə keçirtdikləri “Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü”nə həsr olunmuş dövlət tədbirində çox fəal iştirakı ilə fərqlənmişdir.
05 may 2011-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birlikdə təşkil etdikləri “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü”nə həsr olunmuş dövlət tədbirində yaxından iştirak etmişdir.
06 may 2011-ci ildə Suraxanı rayon İcra aparatı,Suraxanı rayonu Yeni Azərbaycan Partiyası şöbəsi ilə Bakı Mədəniyyət və Turizm idarəsinin birlikdə təşkil etdikləri “Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü”nə həsr olunmuş dövlət tədbirinə öz populyar nəğmələri ilə qatılmışdır.
15 may 2011-ci ildə Sankt-Peterburqda “Moskva” otelinin konsert zalında “Bəyaz gecələr” ansamblının müşayəti ilə Səyyad Əlizadənin solo konserti keçirilmişdir.Dörd saat davam edən konsertdə azərbaycanlılarla bərabər ruslar,ukraynalılar,gürcülər,belaruslar,abxazlar,asetinlər,finlər,almanlar,fransızlar,ingiıislər və başqa xalqların nümayəndələri də tamaşaçı qismində iştirak etmiş və Səyyad Əlizadənin oxuduğu nəğmələri ayaqüstə alqışlamışlar.Xarici qonaqlar Azərbaycan musiqisinin əsrarəngiz bir musiqi olduğunu bir daha etiraf etmişlər.
24 may 2011-ci ildə “28 May Respublika günü” münasibəti ilə “Bakı İdarəetmə və Texnologiya” kollecində keçirilən dövlət tədbirində,populyar müğənni Səyyad Əlizadə və rəhbəri olduğu “Bəyaz gecələr” ansamblı maraqlı konsert proqramı ilə iştirak etmişdir.Kollecin rəhbərliyi müğənnini və musiqiçiləri fəxri-fərmanlarla təltif etmişdir.
25 may 2011-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi  və “Gənclərin Töhvəsi” İctimai Birliyi tərəfindən, “28 May Respublika Günü” münasibəti ilə Daxili Qoşunların “N” saylı hərbi hissəsində Səyyad Əlizadə xeyriyyə məqsədi ilə solo konsert vermiş və təşkilatçıların “Fəxri fərman”ı ilə təltif olunmuşdur.
27 may 2011-ci ildə “ 28 May Pedpublika Günü” münasibətilə Ədliyyə Nazirliyi Penitensial xidmətinin Mühavizə alayının şəxsi heyəti qarşısında bayram konserti ilə çıxış etmişdir.Müğənnini “Bəyaz Gecələr” ansamblı müşaiət etmişdir.Hissə komandiri Səyyad Əlizadəyə şəxsi təşəkkürlərini bildirərək ona diplom təqdim etmişdir.
28 may 2011-ci il tarixdə Biləcəri Milli Parkında “28 May Respublika Günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram konsertində yaxından iştirak etmişdir.
01 iyun 2011-ci ildə Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində,”Məlahətli ana” uşaqlara yardım ictimai birliyinin təşkil etdiyi xeyriyyə tədbirində müğənni Səyyad Əlizadə və rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblı çox fəal iştirak etmişdir.
14 iyun 2011-ci il tarixində Bakı şəhəri “Nərimanov” parkında,”15 iyun Qurtuluş Günü” münasibətilə  Nərimanov rayon İcra Hakimiyyətinin təşkil etdiyi dövlət tədbirində öz parlaq çıxışı ilə xüsusən fərqlənmişdir.
15 iyun 2011-ci ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Biləcəri Milli Parkında təşkil olunmuş “Qurtuluş günü” bayrmında öz populyar mahnıları ilə çıxış etmişdir.
30 iyun 2011-ci ildə Binə qəsəbəsində yerləşən “Ümüd yeri uşaq evi”ndə “Məlahətli ana” uşaqlara yardım ictimai birliyinin təşkil etdiyi “Kimsəsiz uşaqların sünnət olunması” xeyriyyə aksiya-toyunda Səyyad Əlizadə“Bəyaz gecələr” ansamblı,bu toyun musiqi hissəsinin idarə olunmasını öz üzərinə götürmüşdür.Onu da qeyd etmək yerinə düşərdi ki,saat 11-dən 18-ə dək davam edən bu xeyriyyə tədbirində 23 kimsəsiz oğlan uşağı sünnət olunmuşdur.
21 iyul 2011-ci il tarixdə Nabran istirahət zonasında, “Riyad” Mühavizə Xidməti İdarəsinin “Kimsəsiz uşaqlar” üçün təşkil etdikləri xeyriyyə tədbirində populyar müğənni Səyyad Əlizadə yaxından iştirak etmişdir.
06 avqust 2011-ci ildə müğənni Səyyad Əlizadənin “Bir soydur”“Mənim dünyam retro mahnılar” adlı iki diski işıq üzü görmüşdür.”Bir soydur” diskində türkdilli xalqların mahnıları,2-ci diskdə isə daha çox Azərbaycan bəstəkarlarının klassik əsərləri toplanmışdır.
30 avqust 2011-ci ildə “Məlahətli ana” Uşaqlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə müğənni Səyyad Əlizadə və rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblı,4 nömrəli cəzaçəkmə müəssisəsində “Müqəddəs Ramazan Bayramı” münasibəti ilə geniş solo proqramla xeyriyyə konserti vermişdir.
01 sentyabr 2011-il tarixdə “Məlahətli ana” U.Y.İ.B-nin “Kimsəsiz uşaqlara yardım” aksiyası altında keçirdikləri xeyriyyə konsertində yaxından iştirak etmişdir.Xeyriyyə konserti “Heydər Əliyev” adına Respublika sarayında baş tutmuşdur.”Məlahətli ana” U.Y.İ.B-yi müğənni Səyyad Əlizadəni “Xeyriyyəçi müğənni” diplomu və hədiyyə ilə təltif etmişdir.
03 oktyabr 2011-ci ildə Fövqalada Hallar  Nazirliyinin Mülkü-Müdafiə Qoşunlarının Biləcəridə yerləşən hərbi hissəsində əsgər və zabit heyəti qarşısında,”Azərbaycan Respublikasının Müstəqilliyinin 20 illiyi” münasibətilə  müğənni Səyyad Əlizadənin rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblının geniş proqramda bayram konserti olmuşdur.Mülki-Müdafiə qoşunlarının komandiri general-mayor,cənab İlham Abdullayev müğənni Səyyad Əlizadəyə
minnətdarlığını bildirmiş və onu hərbi hissənin fəxri-fərmanı ilə təltif etmişdir.
           04 oktyabr 2011-ci il tarixdə Tərtər R.İ.H-nin və “Speys Tv”-nin birgə Tərtər şəhərində “Azərbaycan Respublikasın 20 illiyi” münasibətilə təşkil etdikləri bayram konsertində populyar müğənni Səyyad Əlizadənin çıxışı tamaşaçılar tərəfindən xüsusi coşğu ilə qarşılanmışdır.

            10 oktyabr 2011-ci ildə “Nəsimi” R.İ.H“Bakı şəhər Mədəniyyət və Turizm idarəsi”nin təşkilatçılığı ilə “Zorge” adına istirahət parkına “Müstəqilliyimizin 20 illiyi” münasibətilə rayon sakinləri və zəhmətkeşləri ilə görüş keçirilmişdir.Sevilən müğənni Səyyad Əlizadə də bu bayram konsertinə öz populyar mahnıları ilə xüsusi rəng qatmışdır.
              22 noyabr  2011-ci ildə Ədliyyə Nazirliyi Penitensial Xidmətin Mühavizə Alayının şəxsi heyəti üçün təşkil olunmuş “Ədliyyə işçilərinin peşə bayramı” tədbirində populyar müğənni Səyyad Əlizadə və rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblı geniş konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığının fəxri fərmanlarına layiq görülmüşlər
              26 dekabr 2011-ci il tarixdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində YAP-nın təşkilatçılığı ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibəti ilə keçirilən dövlət tədbirində müğənni Səyyad Əlizadə də yaxından iştirak etmişdir.
               27 dekabr 2011-ci ildə Sumqayıt Dövlət Universitetində təşkil olunmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibəti ilə təşkil olunmuş dövlət tədbirinə sevilən müğənni Səyyad Əlizadə öz populyar mahnıları ilə qatılmışdır.
                29 dekabr 2011-ci il tarixdə “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin,159 nömrəli Şəhid uşaqları məktəbində, Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibəti ilə təşkil etdikləri dövlət tədbirinin musiqi hissəsini müğənni Səyyad Əlizadənin rəhbərlik etdiyi “Bəyaz Gecələr” ansamblı bəzəmişdir.Səyyad Əlizadənin oxuduğu mahnılar uşaqlara böyük sevinc gətirmişdir.
                 07 mart 2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və “Əbilov” adına mədəniyyət sarayının birgə hazırladığı “8 Mart Beynəlxalq Qadınlar Bayramı”na həsr olunmuş bövlət tədbirində populyar müğənni Səyyad Əlizadənin çıxışı,tədbir iştirakçıları tərəfindən böyük sevinclə qarşılanmışdı.
                  15 mart 2012-ci ildə Bakı şəhər Gənclər və İdman idarəsi ilə “Nərimanov” rayon Gənclər və İdman idarəsinin birlikdə “N” saylı hərbi hissədə “Novruz” bayramı münasibətilə təşkil etdikləri dövlət tədbirində,sevilən müğənni Səyyad Əlizadə rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblı ilə birlikdə çox maraqlı konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış etmiş və hərbi hissə komandirinin fəxri fərmanına layiq görülmüşdür.
                  19 mart 2012-ci il tarixdə “Nərimanov” R.İ.H-tinin və Atv kanalının birgə hazırladığı “Novruz” şənliyi dövlət tədbirində tanınmış müğənni S.Əlizadənin çıxışı tamaşaçılar tərəfindən xüsusi bir coşğu ilə qarşılanmışdır.
                   20 mart 2012-ci ildə Şəki şəhər İcra aparatının dəvəti ilə populyar müğənni Səyyad Əlizadə “Novruz” şənliklərinə özünün ən sevilən mahnıları ilə qatılmışdır.Müğənninin çıxışı Şəki şəhər zəhmətkeşlərinin bayram coşğusunu daha da artırmış,müğənnini təkrar-təkrar səhnəyə dəvət etmişlər.
                   05 may 2012-ci il tarixdə “Nərimanov” rayon icra hakimiyyətinin  eyni adlı istirahət parkında təşkil etdiyi “Gül” bayramı dövlət tədbirində müğənni Səyyad Əlizadənin bir başa təşkilatçılığı və iştirakı ilə möhtəşəm bir bayram konserti baş tutmuşdur.Tədbirdən sonra rayon icra aparatının başçısı cənab Abdin Fərzəliyev müğənniyə ğz təşəkkürlərini bildirmişdir.
                   11 və 12 may 2012-ci ildə Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk və Novotroisk şəhərlərində,azərbaycanlıların “Ocaq” ictimai cəmiyyətinin  sədri Aşur Həsənovun təşəbbüsü və təşkilatçılığı ilə,Ümummilli Liderimiz Heydər Əliyevin 89-cu ildönümü münasibəti ilə keçirilən xatirə gecəsində müğənni Səyyad Əlizadə və rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblı geniş konsert proqramı ilə çıxış etmişdir.Konsert S.Əlizadənin oxuduğu Azərbaycanın və Rusiyanın dövlət hilmnləri ilə başlanmışdır.Konsertdə çoxsaylı millətlərin nümayəndələri də iştirak etmişlər.Novotroisk şəhərinin meri öz çıxışında müğənniyə və onun kollektivinə öz minnətdarlığını bildirmiş , azərbaycan və rus xalqları arasındakı dosluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən bu cür konsertlərin gələcəkdə də təşkil edilməsinin tərəfdarı olduğunu bildirmişdir.Sonra vilayət mədəniyyət komitəsinin sədri V.A Ştark,muzey-sərgi kompleksinin direktoru İ.A.Fursova Səyyad Əlizadəyə təşəkkürlərini bildirmiş və onu qramotalarla təltif etmişlər.
                     26 may 2012-ci il tarixdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə,Azərbaycan Dövlət Filarmoniyasının bağında,Avroviziya musiqi yarışmasını izləməyə gələn xarici və yerli qonaqlar üçün açıq səma altında təşkil etdikləri konsert proqramına populyar müğənni Səyyad Əlizadə və onun rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblı dəvət olunmuşdu.Üç saatdan artıq davam edən konserti beş mindən çox tamaşaçı böyük maraqla izlədi.Səyyad Əlizadənin hər çıxışı sürəkli alqışlarla qarşılanırdı. Konsertdən sonra Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Əlikram Əliyev müğənnini təbrik edib möhtəşəm konsert üçün təşəkkürlərinin bildirdi.
                     31 may 2012-ci ildə “RİAD” mühavizə şirkətinin “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təşkil etdikləri dövlət tədbirində populyar müğənni Səyyad Əlizadə və onun dəvəti ilə gəlmiş digər tanınmış sənətkarlar yaxından iştirak etmişlər.
                     01 iyun 2012-ci il tarixində Bakının “Xətai” Rayon İcra Hakimiyyətinin,”Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə,rayonun “Heydər Əliyev” adına istirahət parkında təşkil etdikləri dövlət tədbirinə sevilən müğənni Səyyad Əlizadə də öz populyar mahnıları ilə qatılmışdır.
                     01 iyun 2012-ci ildə Bakının “Binəqədi” Rayon İcra Hakimiyyətinin,”Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə “Oazis” restoranında təşkil etdikləri dövlət tədbirində tanınmış müğənni Səyyad Əlizadənin oxuduğu şən mahnılar uşaqların böyük sevincinə səbəb olmuşdur.
                      25 iyun 2012-ci il tarixdə Daxili Qoşunların Pensential xidməti hərbi hissəsində təşkil olunmuş bayram konsertində sevilən müğənni Səyyad Əlizadənin çıxışı hərbiçilər tərəfindən xüsusi rəğbətlə qarşılandı.Hərbi hissə komandiri müğənniyə təşəkkürlərini bildirdi.
                      25 iyun 2012-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində “Məzun” günü münasibəti ilə təşkil olunmuş dövlət tədbirinə tanınmış müğənni Səyyad Əlizadə öz populyar mahnıları ilə qatılmışdır.Onun ifası tamaşaçıların böyük coşğusuna səbəb olmuşdur.
                       05 avqust 2012-ci il tarixdə Qax şəhərində “Yaşıl teatrda” təşkil olunmuş rayon zəhmətkeşləri ilə görüşdə müğənni S.Əlizadə sevilən mahnıları ilə çox yaddaqalan bir çıxış etmişdir.
                       20 avqust 2012-ci ildə Nabranda “Xəzər” istirahət mərkəzində “Riad” Mühavizə Şirkətinin kimsəsiz uşaqlar üçün təşkil etdiyi xeyriyyə tədbirində müğnni Səyyad Əlizadənin çıxışı xüsusilə fərqlənmişdir və uşaqlar müğənninin çıxışını yüksək sevinclə qarşılamışdılar.
                        15 sentyabr 2012-ci il tarixində “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin təşkil etdiyi xeyriyyə tədbirində sevilən müğənni Səyyad Əlizadənin rəhbərlik etdiyi “Bəyaz gecələr” ansamblı çox fəal iştirak etmişdilər.Müğənninin dəvət etdiyi digər sənətçilər də tədbirə qatılmışlar.
                        28 sentyabr 2012-ci ildə “Ahıllar günü” münasibəti ilə Bakı şəhəri Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə tanınmış müğənni Səyyad Əlizadə öz “Bəyaz gecələr” ansamblı ilə Bilgəhdə yerləşən “Qocalar evi”ndə gözəl bir konsert pqoqramı ilə çıxış etmişdir.Müğənninin dəvəti ilə bir çox gənc sənətçilər də tədbirdə iştirak etmişdilər. Səyyad Əlizadəyə və bütün iştirakçılara Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar verilmişdir.
                        01 oktyabr 2012-ci il tarixində “Sarabski” adına mədəniyyət sarayında “Ahıllar günü” münasibəti ilə “Nəsimi” Rayon İcra Hakimiyyətinin təşkil etdiyi dövlət tədbirində populyar müğənni Səyyad Əlizadənin çıxışı tamaşıçılar tərəfindən yüksək səviyyədə qarşılanmışdı.
                        11 oktyabr 2012-ci ildə müğənni Səyyad Əlizadə, yeni “Bəyaz gecələrdən bəyaz xatirə” albomunun və həmin albomda yer alan,Bakı Metropoliteninin 45 illik yubileyinə həsr olunmuş “Bizim Metropoliten” mahnısına çəkilmiş klipin
təqdimatını etmişdir.Təqdimatda  Respublikanın tanınmış ictimai və siyasi xadimləri,şairləri,alimləri,yazıçıları,bəstəkarları və digər peşə sahibləri də iştirak etmişdilər.Klip tamaşaçılarda çox böyük maraq doğurmuşdu.Bakı Metropoliteninin rəisi Tağı Əhmədov klipi yüksək qiymətləndirmiş,Bakı Metropoliteninə çəkilən ilk klip olduğunu qeyd etmiş və  müğənniyə təşəkkürlərini bildirmişdir.Xalq şairi Nəriman Həsənzadənin xahişi ilə klip bir neçə dəfə təkrar göstərilmişdir.Bütün çıxış edən tamaşaçılar klipə və albomda yer alan digər mahnılara ən yüksək qiymət vermiş və  Səyyad Əlizadəni təbrik etmiş,ona gələcəkdə daha böyük uğurlar arzulamışlar.
                        07 noyabr 2012-ci il tarixdə müğənni S.Əlizadə,Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş dövlət tədbirində iştirak etmiş və dövlət tədbirlərində fəal iştirakına görə müğnni Y.A.P-sı Binəqədi rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
                        08 noyabr 2012-ci ildə sevilən müğənni Səyyad Əlizadə Azərbaycan Dövlət Filarmoniyasında Bakı Metropoliteninin 45-illik yubileyinə həsr olunmuş dövlət tədbirinə böyük musiqi tövhələrini vermişdir.Belə ki,coxlu xarici qonaqların və dövlət rəsmilərinin iştirak etdiyi bu tədbir S.Əlizadənin bəstəsi olan və müğənninin rejissorluğu ilə ərsəyə gələn “Bizim Metropoliten” adlı kliplə başladı.Bu gözəl klipə görə bütün iştirakçılar və eləcədə Bakı metropoliteninin rəhbərliyi müğənniyə təşəkkürlərini bildirdilər.
                        21 noyabr 2012-ci il tarixində populyar müğənni Səyyad Əlizadə Azərbaycan Respublikası Prezident Aparatı Mətbuat Xidməti tərəfindən “Azərbaycan Bayrağı” diplomu,vəsiqəsi və döş nişanı ilə təltif olunmuşdur.
                        25 dekabr 2012-ci ildə vətənpərvər müğənni Səyyad Əlizadə Yeni Günəşli massivində yerləşən 2 saylı uşaq evində R.T.V-nin təşkil etdiyi xeyriyyə tədbirində yaxından iştirak etmiş və öz mahnıları ilə kimsəsiz uşaqlara böyük sevinc bəxş etmişdir.
                         28 dekabr  2012-ci il tarixdə tanınmış müğənni Səyyad Əlizadə Tərtər rayonunda yerləşən “H” saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşmüş,onlara Vətənə  xidmət etdiklərinə görə minnətdarlığını bildirmiş və bu şərəfli yolda hər kəsə uğurlar arzulamışdır.
                         28 yanvar 2013-cü il tarixdə Bakı Metropolitenində Yeni Azərbaycan Partiyasının yaranmasına həsr olunmuş dövlət tədbirinə populyar müğənni Səyyad Əlizadə də dəvət olunmuş və sevilən mahnıları ilə tədbirdə iştirak etmişdir.
                         18 mart 2013-cü ildə Ucar Rayon İcra Hakimiyyətinin Ucar şəhərində təşkil etdiyi “Novruz” şənliklərində sevilən müğənni Səyyad Əlizadənin çıxışı xüsusi bir coşğu ilə qarşılanmışdır.
                         19 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda təşkil olunmuş “Novruz Bayramı” dövlət tədbirində populyar müğənni Səyyad Əlizadənin rəhbərlik etdiyi “Bəyaz Gecələr” ansamblı geniş konsert proqramı ilə çıxış etmişdi.Müğənninin ifa etdiyi xalq mahnıları,təsniflər və estrada mahnıları sürəkli alqışlarla qarşılanmışdır.Konsertdən sonra fondun sədri Səlim Müslümov müğənni Səyyad Əlizadəyə gözəl konsertə görə təşəkkürlərini bildirmişdir.
                          20 mart 2013-cü ildə Yasamal raayonu YAP –ın təşkil etdiyi “Novruz Bayramı” dövlət tədbirində sevilən müğənni Səyyad Əlizadənin ifa etdiyi mahnılar bayram tədbirinin iştirakşılarını daha da coşdurmuşdur.
                         21 mart 2013-cü il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin ATV kanalı ilə birlikdə Mərdəkanda təşkil etdikləri “Novruz-2013” bayram konsertində tanınmış müğənni Səyyad Əlizadə öz populyar mahnıları ilə qatılmışdır.
                         22 mart 2013-cü ildə  9921 saylı hərbi hissədə “Novruz Bayramı” münasibətilə təşkil olunmuş dövlət tədbirində sevilən müğənni Səyyad Əlizadə əsgər və zabitləri bayram münasibətilə təbrik etmiş və onların sevdikləri nəğmələri ifa etmişdir.Hərbi hissənin komandiri müğənniyə təşəkkür edib onu fəxri fərmanla təltif etmişdir.
                         16 aprel 2013-cü il tarixdə,”R.Behbudov adına mahnı teatrı”da   Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev-90” dövlət tədbirində müğənni Səyyad Əlizadə,sözləri H.Sölüyə,musiqisi isə Ş.Quliyevə məxsus olan “Ulu Öndərim” mahnısı ilə qatılmışdır.
                        06 may 2013-cü ildə Saatlı R.İ.H-nin və “Xəzər Tv”-nin birgə hazırladıqları “Heydər Əliyev-90” dövlət tədbirində populyar müğənni S.Əlizadənin çıxışı xüsusi ilə fərqlənmişdir.Onun ifa ediyi mahnılar Saatlı zəhmətkeşlərinin bayram əhval-ruhiyyəsini daha da coşdurmuşdur.
                        06 may 2013-il tarixdə saat 17-də Yasamal R.İ.H-nin və Atv-kanalının birgə təşkil etdikləri “Heydər Əliyev-90” dövlət tədbirində də müğənni S.Əlizadə fəal iştirak etmişdir.
                        09 may 2013-cü ildə Binəqədi İ.H-nin Biləcəri qəsəbəsində yerləşən 514 saylı hərbi hissədə, “Heydər Əliyev-90”“9 may Qələbə Günü” münasibətilə təşkil etdiyi dövlət tədbirində müğənni Səyyad Əlizadə özü ilə tədbirə apardığı gənc müğənnilərlə birgə qatılmışdır.Hissə komandiri müğənniyə təşəkkürlərini bildirmiş və xatirə şəkilləri çəkdirmişdir.
                        10 may 2013-cü il tarixdə Samux R.İ.H-i ilə  “Speys” telekanalının birgə təşkil etdikləri “Heydər Əliyev-90” dövlət tədbirində populyar müğənni Səyyad Əlizadənin parlaq çıxışını samuxlular sürəkli alqışlarla qarşılamışdılar.Rayon rəhbərliyi müğənniyə minnətdarlığnı bildirmişdir.   
                        23 iyun 2013-cü ildə Yasamal rayon YAP şöbəsinin dəvəti ilə sevilən müğənni Səyyad Əlizadə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgər və zabit heyyəti ilə görüşdə,rəhbərlik etdiyi “Bəyaz Gecələr” ansamblı ilə gözəl konsert proqramı ilə çıxış etmişdir.Konsertdən sonra hərbi hissə komandiri müğənniyə minnətdarlığını bildirmişdir. Əsgərlərlə görüşdən sonra müğənni Səyyad Əlizadə“Bəyaz Gecələr” ansamblının,Beyləqan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkında şəhər ziyalıları və zəhmətkeşləri ilə görüşü oldu.Görüş möhtəşəm konsert proqramı ilə başa çatdı.Rayon İcra Hakimi Vaqif müəllim rayon ictimaiəti adından bütün iştirakçılara təşəkkürlərini bildirdi.
                         25 iyun 2013-cü il tarixdə Azərbaycan Dövlət Tibb Universitetində “Məzun günü” dövlət tədbirinə müğənni Səyyad Əlizadə də dəvət almışdı.Müğənninin çıxışı tələbələr tərəfindən xüsusi coşğu ilə qarşılandı.Tibb Universitetinin rektoru,akademik,Millət vəkili Əhliman müəllim müğənniyə təşəkkür etmişdir.   
                          27 iyun 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda keçirilən “Məzun günü” dövlət tədbiri keçirilmişdir. Populyar müğənni Səyyad Əlizadənin oxuduğu mahnılar sürəkli alqışlarla qarşılanmışdır.İnstitut rəhbərliyi müğənniyə minnətdarlıq etmişdir.                
    
                        
                        26 iyul 2013-cü il tarixdə sevilən müğənni Səyyad Əlizadə “Xəzər Tv”-nin təşkilatçılığı ilə “Qocalar evi”ndə keçirilən xeyriyyə konsertində yüksək fəallıq göstərmiş və oxuduğu populyar mahnıları ilə yaşlı insanların alqışlarını qazanmışdır.
                         30 sentyabr 2013-cü ildə “Heydər Əliyev” adına konsert sarayında Prezident seçkilərinə həsr olunmuş Dövlət tədbirində müğənni Səyyad Əlizadənin çıxışı tamaşaçıların sürəkli alqışına səbəb oldu.Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı müğənniyə xüsusi təşəkkürlərini bildirdi.
                          03 oktyabr 2013-cü il tarixdə Prezident seçkiləri ilə bağlı Sabunçu Rayon Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının hazırladığı Dövlət tədbirində tanınmış müğənni Səyyad Əlizadənin oxuduğu mahnılar salonda olan ictimai-siyasi xadimlərin,eləcədə gənclərin böyük coşğusuna səbəb oldu.Təşkilatın sədri müğənniyə öz minnətdarlığını bildirdi.
                          05 oktyabr 2013-cü ildə Yasamal Rayon Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının təşəbbüsü ilə Prezident seçkiləri ilə bağlı keçirilən Dövlət tədbirində müğənni Səyyad Əlizadənin çıxışı və oxuduğu mahnılar salonda əyləşənlərin hamısının ürəyincə oldu.Yasamal Rayon YAP partiyasının sədri Fikrət müəllim və partiyanın sədr müavini Tağı Əhmədov müğənninin çıxışını xüsusi qeyd edib ona dərin təşəkkürlərini bildirdilər.
                         15 oktyabr 2013-cü il tarixdə Qurban Bayramı münasibəti ilə “Xəzər Tv” və “Qafqaz” universitetinin birgə həyata keçirdikləri xeyriyyə aksiyasında Səyyad Əlizadə də fəal iştirak etmişdir,beləki müğənni təşkilatçılara  maddi və mənəvi dəstək göstərmişdir. Keçirilən aksiyada 300-dən çox imkansız ailələrə qurban əti paylanmışdır.
                         09 mart 2014-cü ildə Quba rayon İcra hakimiyyəti və ANS telekanalının birgə təşkil etdiyi “Novruz-2014” bayram şənliyi Dövlət tədbirində populyar və sevilən müğənni Səyyad Əlizadə də fəal iştirak etmişdir.Onun çıxışı tamaşaçılar tərəfindən böyük coşğu ilə qarşılanmışdır.
                         10 aprel 2014- cü il tarixdə Xaçmaz rayonunda,Səyyad Əlizadənin müəllifi olduğu “Sevilən El” telelayihəsinin 1-ci nömrəsi çəkildi.Bu yeni layihə son illər ölkəmizdə gedən iqtisadi yüksəlişdən,regionların tarixindən,mədəniyyətindən və sairə bəhs edir.Verilişin qayəsi;Tərəqqinin tərənümüdür.Verilişin məqsədi əsasən tamaşaçılara,vətənə,dövlətimizə,dövlətçiliyə,xalqımıza,tariximizə sevgi aşılamaqdır.Xaçmaz R.İ.H-nin başçısı cənab Şəmsəddin Xanbabayev müğənni Səyyad Əlizadəyə şəxsən təşəkkür edib bu gözəl layıhəyə xeyir-duasını verdi.
                          02 may 2014-cü ildə  Nəsimi R.İ.H-nin Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə görə təşkil etdikləri Dövlət tədbirində müğənni Səyyad Əlizadə öz populyar mahnıları ilə xüsusi rəng qatdı.İcra Hakimiyyətinin rəsmi nümayəndəsi müğənniyə xüsusi təşəkkürlərini bildirdi.
                           06 may 2014-cü il tarixdə Salyan R.İ.H-ti və “Lider Tv”-nin,Ulu Öndərimiz H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar birgə hazırladıqları Dövlət tədbirində populyar müğənni Səyyad  Əlizadə də yaxında iştirak etmişdir.R.İ.H-nin başçısı cənab Tahir Kərimov müənniyə minnətdarlığını bildirmişdir.
                            10 may 2014-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Dövlət tədbirində sevilən müğənni Səyyad Əlizadənin çıxışı sürəkli alqışlarla qarşılanmışdır.Rayon ictimaiətinin nümayəndələri müğənniyə minnətdarlıqlarını bildirmişdilər.
                             30 may 2014-cü il tarixdə Respublika Günü münasibəti ilə  Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsi və Beyləqan R.İ,H-nin dəvəti ilə populyar müğənnimiz Səyyad Əlizadə və rəhbərlik etdiyi “Bəyaz Gecələr” ansamblı Beyləqan rayonunun Haramı düzündəki “H” saylı hərbi hissədə böyük konsert proqramı ilə çıxış etmiş etmişdilər.Hərbi hissə rəhbərliyi müğənniyə təşəkkürlərini bildirmişdilər.Elə həmən gün axşam saatlarında da Beyləqan şəhərindəki “Heydər Əliyev” adına mədəniyyət və istirahət parkında müğənni Səyyad Əlizadə  çox maraqlı və yadda qalan konsert proqramı ilə Beyləqan zəhmətkeşlərini sevindirmişdir.R.İ.H-mi Vaqif müəllim Səyyad Əlizadəyə minnətdarlıq etmişdir.
                              31 oktyabr 2014-cü ildə Balakən R.İ.H-ti  İTV-nin birgə hazırladığı “Bol məhsul” adlı məhsul bayramı Dövlət tədbirində tanınmış və sevilən müğənni Səyyad Əlizadənin çıxışı Balakən zəhmətkeşlərinin böyük sevincinə və marağına səbəb olmuşdur.Rayon rəhbərliyi,eləcə də İTV-rəhbərliyi müğənniyə öz təşəkkürlərini bildirmişlər.
                              16 noyabr 2014-cü il tarixdə populyar müğənni Səyyad Əlizadə Belarusiyanın Vitebsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun dəvəti ilə həmvətənlərimizin və digər xalqların nümayəndələri qarşısında konsert proqramı ilə çıxış etmişdir.Müğənninin çıxışı çox böyük maraqla qarşılanmışdır.
                              29 dekabr 2014-cü ildə Füzuli rayonunun Horadiz şəhərində,Füzuli R.İ.H-nin Yeni 2015-ci ilin gəlişi münasibəti ilə təşkil etdiyi dövlət tədbirində tanınmış müğənni Səyyad Əlizadə də öz sevilən mahnıları ilə gözəl çıxış etdi.Füzuli R.İ.H-nin başçısı Alı Alıyev müğənniyə minnətdarlığını bildirdi.
18 fevral 2015-ci il tarixdə müğənni Səyyad Əlizadə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühavizəsinin 10 illik yubileyində iştirak etmişdir.Müğnninin çıxışı əsgər və zabitlər tərəfindən böyük coşqu ilə qarşılanmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini, baş qərargah rəisi general-leytenant Rəşad Sadıqov və Sərhəd Xidməti Sahil mühavizəsinin rəisi general-mayor Əfqan Nağıyev müğənniyə təşəkkürlərini bildirmiş, onu xüsusi hədiyyə və fəxri fərmanla təltif etmişdilər.
         18 mart 2015-ci il tarixdən  22 mart 2015-ci il tarixinə qədər  Rusiya Federasiyasının  paytaxtı Moskva şəhərində Azərbaycan Diasporunun təşilatçılığı və dəvəti ilə sevilən müğənni Səyyad Əlizadə də keçrilən “Novruz” şənliklərinə qatılmışdır.Müğənninin hər dəfə səhnəyə gəlişi böyük sevinc və coşğu ilə qarşılanmışdır.Bayram şənliklərində etdiyi parlaq və maraqlı çıxışlara görə təşkilatçılar  müğənniyə minnətdarlıq etmişdilər.
         30 oktyabr 2015-ci ildə Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən “Muğam” mərkəzində,Füzuli Rayon icra hakimiyyəti tərəfindən keçirilən Dövlət tədbirinə müğənni Səyyad Əlizadə öz sevilən mahnıları ilə qatılmışdır.Zala toplanmış rayon zəhmətkeşləri müğənninin çıxışını sürəkli alqışlarla qarşılamışdılar.Rayon rəhbərliyi və Füzuli rayonundan seçılən deputatlar müğənniyə təşəkkürlərini bildirmişdilər.
         17 noyabr 2015-ci il tarixdə “Azərbaycan Xalqının Milli Dirçəliş Günü” münasibətilə Belarus respulikasının Vitebski şəhərində Azərbaycan Diasporunun təşkil etdiyi bayram tədbirində müğənni Səyyad Əlizadənin çıxışı  nəinki həmyerlilərimiz tərəfindən,eləcə də tədbirə gələn digər xalqların nümayəndələri tərəfindən də böyük coşğu ilə qarşılanmışdır. Diaspor rəhbərliyi müğənnini fəxri diplomla təltif etmişdir.
         29,30 noyabr 2015-ci il tarixdən Azərbaycan Müdafiə Nazirliyinin rəsmi icazəsi ilə,sözləri Vaqif  Bəhmənliyə,musiqisi Səyyad Əlizadəyə aid olan “Azərbaycan Əsgərləri” marşının klip çəkilişinə start verildi. Klipin çəkilişini RTV-nin yaradıcı heyəti aparırdı.Marş Türkiyə Respulikasında bəstəkar-oranjemançı Birhan Birer tərəfindən işlənmişdir.Çəkilişlər bir neçə hərbi hissələrdə aparılmışdır.
         04 fevral 2016-ci il tarixdə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi icazəsi ilə “Azəebaycan Əsgərləri” klipinin çəkilişinin davamı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Muzeyində aparıldı.
         19,20 və 21 fevral 2016-cı ildə Səyyad Əlizadənin “Azərbaycan Əsgərləri” marşına çəkilən klip,Azərbaycan Ordusunun Bərdə korpusunda,Yevlaxda yerləşən “N” saylı hərbi hissədə,Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin ön sıralarında və Füzuli rayonunda yerləşən hərbi hissələrdə davam etdrildi.
         17 mart 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon Gənclər təşkilatının təşkilatçılığı keçirilən “Novruz” şənliyinə Səyyad Əlizadə və onun yaratdığı,həm də rəhbəri olduğu “Bəyaz Gecələr” instrumental ansamblı geniş konsert proqramı ilə çıxış etmişdir.Gənclər təşkilatı müğənnini və onun ansamblını fəxri diplomlarla təltif etmişdir.
         06 aprel 2016-cı ildə “Trend” mətbuat mərkəzində “Azərbaycan Əsgərləri” klipinin ictimaiətə təqdimetmə mərasimi həyata keçirildi.Tədbirdə müxtəlif peşə sahibləri,o cümlədən jurnalistlər,şairlər,yazıcılar,ictimai-siyasi xadimlər və digər sənət adamları da iştirak edirdilər.Çıxış edən ziyalılar marşda olan milli çalarlardan,ilk dəfə olaraq klipin ön cəbhədə,həm də Milli Ordumuzun əsgərlərinin iştirakı ilə çəkilməsindən,müğənni Səyyad Əlizadənin də əsgər geyimində əsgərlərimizin arasında çəkiliş etməsindən,bundan başqa müğənninin özünün müasir hərbi texnikadan bacarıqla istifadə edərək şərti düşmənlərə atəş açması kadrlarından və əsas da bu klipin Azərbaycan Gəncləri üçün bir örnək ola biləcəyindən,həm də bu klipin gənclərdə vətənpərvərlik hisslərinin daha da gücləndirməsində oynayacağı rol barədə genəş danışdılar.Çıxış edənlər həm də  klipin gözəl bir yardıcı qrup tərəfindən yüksək professionallıqla çəkilməsindən danışaraq çəkiliş qrupunu,şairi və müğənnini təbrik edib onlara gələcək yaradıcılıq yollarında daha böyük uğurlar arzuladılar.
         07.04.2016-cı il tarixdə müğənni-bəstəkar Səyyad  Əlizadə,şairə Sevda Şuşalının “Qəhrəman  Şuşam” şerinə bəstələdiyi marşı lentə yazdırmışdır. Marşın lentə alınmasında respublikanın tanınmış vokalçıları da yaxından iştirak etmişdir.Bu gün qədim Şuşa şəhəri haqqında çox möhtəşəm bir qəhrəmanlıq marşı yarandı.
         11.04.2016-cı ildə müğənni-bəstəkar Səyyad Əlizadənin bəstələri olan “Azərbaycan Əsgərləri” klipini  “Qəhrəman Şuşam” marşını İctimai televiziyanın və İctimai radionun musiqi redaksiyasına təqdim etmişdilər.Teleradio əməkdaşları musiqi əsərlərinin çox aktual olduğunu qeyd etmiş və bu əsərlərin tez-tez efirlərdə göstərilməsinin –səsləndirilməsinin vacibliyini vurğulamışdılar.
         12.04.2016-cı il tarixdə Xaçmaz şəhərində “Azərbaycan Əsgərləri” klipinin rayon ictimaiəti və zəhmətkeşlərinə təqdimat mərasimi keçirilmişdi.Klip barədə fikir söyləyən müxtəlif peşə sahibləri,bu klipin efir məkanında bir yenilik olduğunu qeyd etmiş və bu klipin gənclrərimizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsində,o cümlədən insanlarda döyüş ruhunun daha da yüksəldilməsində bötük əhəmiyyəti olduğunu xüsusi olaraq vurğulamışdılar.Təqdimat mərasimini RTV kanalı lentə almışdır.
         04.05.2016-cı ildən “Azərbaycan Əsgərləri” klipi efir məkanlarında,o cümlədən “Lider Tv” də yayımlanmağa başlanmışdır.Bu vətənpərvərlik klipinin yayımlanmasından sonra Səyyad Əlizadəyə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızdan çox saylı zənglər gəlməyə başlamışdır.Zəng edən insanlar müğənniyə xoş ürək sözlərini deməklə bərabər ona dərin minnətdarlıqlarını da bildirmişdilər.
         05.05.2016-cı ildə müğənni-bəstəkar Səyyad Əlizadənin,Şərqin böyük ziyalı-mütəfəkiri,Azərbaycanın Xalq Şairi Nəriman Həsənzadənin “Tapşırdın məni” şerinə bəstələdiyi musiqi əsəri hazır olmuşdur.Mahnı CD-də Nəriman Həsənzadəyə təqdim olunmuş və şair bu əsəri çox yüksək qiymətləndirmiş,bəstəkar-müğənni Səyyad Əlizadəyə təşəkkürlərini bildirmişdir.
         14.06.2016-cı il tarixdə Xaçmaz şəhərində,Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəvəti ilə “Azərbaycan Xalqının Milli Qurtuluş Günü” Dövlət tədbirində sevilən bəstəkar-müğənni Səyyad Əlizadə də iştirak etmişdir.Müğənni vətənpərvərlik ruhunda olan öz bəstələrini oxumuşdur.Tədbirdə iştirak edən rayon zəhmətkeşləri müğənnini uzun müddət alqışlamış və yenidən səhnəyə dəvət etmişdilər.Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev müğənniyə xüsusi təşəkkürlərinin bildirmiş və ona fəxri fərman təqdim etmişdir.
         15.06.1016-cı ildə Xırdalan şəhərində,Apşeron İcra hakimiyyətinin təşkil etdiyi “Azərbaycan Xalqının Milli Qurtuluş Günü” Dövlət tədbirində bəstəkar-müğənni Səyyad Əlizadə yaxından iştirak etmişdir.Onun oxuduğu və öz bəstələri olan vətənpərvərlik ruhunda olan əsərlər tamaşaçıların ürəyincə olmuşdur.Tədbirin təşkilatçıları müğənniyə təşəkkürlərini bildirib onu fəxri diplomla təltif etmişdilər.
         14.09.2016-cı il tarixdə  Xaçmaz rayonunun  Qıraqlı kəndində,Quba rayonunda yerləşən “Sonalı göldə” bəstəkar-müğənni Səyyad Əlizadənin bəstələdiyi “Sən xoşuma gəlirsən” mahnısına klip çəkilmşdir.Onu da qeyd edək ki,mahnının sözləri də müğənniyə aiddir.Klipi ARB televiziyasının şimal bürosunun yaradıcı heyəti çəkmişdir.
         18.10.2016-cı ildə Xaçmaz şəhərində ,Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Azərbaycan Respublikasının Müstəqilliyinin 25 illiyinə həsr olunmuş Dövlət tədbirində bəstəkar-müğənni Səyyad Əlizadənin çıxışı xüsusi coşğu ilə qarşılanmışdır.Rayon rəhbərliyi müğənniyə xüsusi minnətdarlığını bildirmişdir.
         10.1202016-cı il tarixdə bəstəkar-müğənni Səyyad Əlizadə və rəhbəri olduğu “Bəyaz Gecələr” ansamblı ilə Rusiya Federasiyasının ikinci paytaxtı sayılan Sankt-Peterburq şəhərinə dəvət olunmuşdur.Dəvəti Azərbaycan Diasporu həyata keçirmişdir.Səyyad Əlizadə “Bəyaz Gecələr” instrumental ansamblının müşaiəti ilə soydaşlarımız qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir.Konsertdə soydaşlarımızla bərabər bir çox xalqların nümayəndələri də tamaşaçı kimi iştirak edirdilər.Müğənninin hər çıxışı sürəkli alqışlarla qarşılanırdı.Konsertin təşkılatçıları müğənniyə və onun kollektivinə minnətdarlıq etmiş və onları qiymətli hədiyyələrlə mükafatlandırmışdılar.
         16.02.2017-ci ildə “Qafqaz” mətbuat evində “İnci” şirkətinin dəvəti və təşkilatçılığı ilə keçirilən Dövlət tədbirində müğənni-bəstəkar Səyyad Əlizadə fəal iştirak etmiş,təşkilatçılar tərəfindən fəxri fərmanla,eləcə də qiymətli hədiyyələrlə təltif olunmuşdur.
         11.03.2017-ci il tarixdə Şağan Olimpiya Mərkəzində idmançıların təşkilatçılığı və dəvəti ilə keçirilən Dövlət tədbirində müğənni-bəstəkar Səyyad Əlizadə parlaq və yadda qalan çıxış etmişdir.Tədbirdə iştirak edən millət vəkilləri və dövlət xadimləri,eləcə də təşkilatçılar müğənniyə təşəkkürlərini birldirmiş və onu fəxri diplomla təltif etmişdilər.
         17.03.2017-ci ildə Bakı şəhəri PirALLAHI Rayon İcra Hakimiyyətinin dəvəti ilə müğənni-bəstəkar Səyyad Əlizadə rayon zəhmətkeşləri və ictimaiəti üçün təşkil olunmuş “Novruz” şənlikləri Dövlət tədbirində öz sevilən və populyar mahnıları ilə bərabər vətənpərvərlik ruhunda olan marşlarını da ifa etmişdir.Müğənninin çıxışını sürəkli alqışlarla qarşılamışdılar.Rayon rəhbərliyi müğənnini fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırmışdır.
         21.03.2017-ci il tarixdə “Novruz” bayramı münasibəti ilə “Speys” radiosunda təşkil olunmuş bayram konsertinə müğənni-bəstəkar Səyyad Əlizadə və rəhbəri olduğu “Bəyaz Gecələr” instrumental ansamblı dəvət olunmuşdur.Müğənni iki saat müddətində rəngarəng konsert proqramı ilə dinləyicilərə gözəl anlar yaşatdı.Radioya zəng edən dinləyicilər müğəniyə müxtəlif suallar ünvanlayır və öz təşəkkürlərini bildirirdilər.Radio rəhbərliyi və verilişin yaradıcı heyəti gözəl konsert proqramı üçün müğənniyə və onun musiqiçilərinə minnətdarlıq etmişdilər.
         29.04.2017 ildə Oğuz Rayon İcra HakimiyyətininDTV kanalının birgə təşkil etdikləri Dövlət tədbirində müğənni-bəstəkar Səyyad Əlizadə çox fəal iştirak etmiş,öz sevilən nəğmələri ilə tamaşaçıların hüsnü-rəğbətini qazanmışdır.Təşkilatçılar müğənniyə təşəkkürlərini bildirmişdilər.
         10.05.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Hkimiyyətinin təşkilatçılığı ilə Ulu öndərimiz Heydər Əliyevin anadan olması münasibəti ilə keçırilən Dövlət tədbirinə populyar müğənni Səyyad Əlizadə də dəvət olunmuşdu.Müğənninin isa etdiyi müxtəlif səpkili nəğmələr tamaşaçıları çox razı salmış və sürəkli alqışlar qazanmışdır.Təşkilatçılar müğənnini fəxri diplomla təltif etmişdilər.
         22.05.2017-ci ildə Səyyad Əlizadə yeni bir proyekti reallaşdırmışdır.Bildiyimiz kimi müğənni öz yaradıcılığı ilə bərabər hər zaman gənclərə də dəstək olmağı öz borcu bilir.Belə ki,tələbəsi olan gənc müğənni Hüseyn Qəmbəroğlu ilə birgə lentə yazdırdığı “Sülh nəğməsi” əsərinin klip çəkilişlərinə start verildi.Çəkilişlərə Xaçmaz şəhərində start verilmişdir. Şəhərin müxtəlif  guşələrində məktəblilərlə,rəqs ansambılları ilə,idmançı gənclərlə və digər qruplarla klipin çəkilişinə başlandı.Klipin bəzi kadrları “H.Əliyev” mərkəzində,Dövlət Diyarşünaslıq Muzeyində,Rayon Bayraq meydanında və digər guşələrdə aparılmışdır.Çəkilişləri rayon ictimaiəti böyük maraqla izləmişdir.Çəkilişi ARB televiziyasının şimal bürosunun yaradıcı heyəti aparmışdır.
23.05.2017-ci il tarixdə “Sülh nəğməsi” klipinin çəkilişləri Bakı şəhəri,H.Əliyev Mərkəzində,Bakı bulvarında və Dövlət Bayraq Meydanında davam etdirildi.Çəkilişlərə uşaqlardan ibarət müxtəlif rəqs qrupları da cəlb olunmuşdu.Çəkilişləri Şəhərimizin xarici qonaqları ,o cümlədən  yerli əhali də böyük maraqla izləyirdilər.
24.05.2017-ci ildə “Sülh Nəğməsi” klipinin davamı bulvarda “Kiçik Venesiya” da və Bakı şəhərinin müxtəlif güşələrində davam etdirildi.Onu da qeyd edək ki,bu əsər müğənni Səyyad Əlizadənin sifarişi ilə yazılmışdır.Müğənni bu mahnı və kliplə bütün dünyaya Azərbaycan  xalqının sülhsevər xalq olduğunu və bütün dünyada sülhün,əmin-amanlığın bərqərar olmasını arzulandıdğını bildirmək istəyir.Mahnının sözləri və musiqisi tanınmış bəstəkar-şair Razim Paşayevindir.
26.052017-ci il tarixdə Bakının Şağan qəsəbəsində yerləşən ,fiziki qüsurlu uşaqlar üçün yaradılmış  mərkəzdə təşkil olunmuş xeyriyyə tədbirinə populyar müğənni Səyyad Əlizadə öz sevilən nəğmələri ilə qarılmışdır.Onun çıxışı uşaqlar və onların valideynləri tərəfindən hərarətlə qarşılanmışdır.Fiziki qüsurlu uşaqlar müğənninin mahnılarını onunla bərabər oxumuşdular.Müəssisə rəhbərliyi müğənniyə təşəkkür elan etmişdir.Bu tədbirdə Səyyad Əlizadənin yetişdirmələri olan ,gənc və istedadlı müğənnilər Hüseyn QəmbəroğluAminşah Ərgünəş də yaxından iştirak etmışdilər.
01.06.2017-ci ildə Xaçmaz şəhərində,1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə, Əlil uşaqlar üçün təşkil olunmuş Xeyriyyə konserti-Dövlət tədbirində müğənni Səyyad Əlizadə çox fəal iştirak etmişdir.Onun çıxışı tədbirə xüsusi rəng qatmışdır.Uşaqların valideynləri və təçkilatçılar Səyyad Əlizadəyə minnətdarlıqlarını bildirmişdilər.
14.06.2017-ci il tarixdə Xaçmaz şəhərində,Xaşmaz Rayon İcra Hakimiyyətinin,”Azərbaycan Xalqının Milli Qurtuluş Günü” münasibəti ilə təşkil etdiyi Dövlət tədbirində müğənni-bəstəkar Səyyad Əlizadə sevilən mahnıları ilə bərabər vətənpərvərlik ruhunda bəstələdiyi əsərləri də oxumuşdur.Tədbirdə iştirak edən insanlar müğənninin ifasını böyük coşğu ilə
         qarşılamışdılar.Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev müğənniyə təşəkkür etmiş və onu fəxri fərmanla təltif etmişdir.
25.06.2017-ci ildə Bakının Saray qəsəbəsində yerləşən “Əlil Uşaqların Bərpa Mərkəzi”ndə təşkil olunmuş Xeyriyyə konserti-Dövlət tədbirində mğənni-bəstəkar Səyyad Əlizadə həmişəki kimi yüksək fəallıqla iştirak etmişdir.Müğənninin çıxışı uşaqların ürəyincə olmuşdur.Təşkilatçılar müğənniyə xüsusi təşəkkürlərini bildirmişdilər.
20.07.2017-ci il tarixdə Speys telekanalı Səyyad Əlizadənin zəngin yaradıcılıq yolunu və Azərbaycan musiqisində etdiyi yenilikləri nəzərə alaraq onun yaradıcılığına iki saatlıq veriliş həsr etmişdir.Efirə gedən zaman veriliş böyük reytinq qazanmışdır.
07.08.2017-ci ildə Speys telekanalı müğənni-bəstəkar Səyyad Əlizadənin xalq tərəfindən sevilməsini,zəngin yaradıcılıq yolunu və Azərbaycan musiqisinin inkişafında,eləcədə təbliğində müstəsna xidmətlərini nəzərə alaraq onun doğum gününə üç saatlıq bir veriliş həsr etmişdir. Müğənni yaradıcı heyətə və kanalın rəhbərliyinə ,ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
22.08.2017-ci il tarixdə Türkiyə Respublikası ” Ankara Sənət Platform Başqanı” Sultanxanım Özateş müğənni-bəstəkar Səyyad Əlizadəni bəstələdiyi hərbi marşlara və repertuarındakı vətənpərvərlik əsərlərinə görə “Hizmət-Şərəf Ödülü” ilə təltif etdi.Təltif etmə mərasimi Bakı şəhəri “Atatürk” mərkəzində baş tutdu.Sultanxanım Özateş Azərbaycan musiqisində etdiyi yeniliklərə və bəstələdiyi vətənpərvərlik əsərlərinə görə müğənniyə xüsusi təşəkkürlərini bildirdi.
15.09.2017-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində müğənni-bəstəkar Səyyad Əlizadəyə,bəstələdiyi və ifa etdiyi vətənpərvərlik marşlarına görə,o cümlədən çəkdirdiyi “Azərbaycan Əsgərləri” klipinə görə “Kafkas Qartalı” təxəlüsü verilmişdir.Bu məlumatı müğənniyə “Ankara Sənət Platform Başqanı” Sultan xanım Özateş çatdırmışdır.
03.11.2017ci ildə müğənni Səyyad Əlizadə , rəhbərlik etdiyi “Bəyaz Gecələr” instrumental ansamblı ilə,Xaçmaz R.İ.H-nin təşkil etdiyi dövlət tədbirində geniş konsert proqramı ilə çıxış etmişdir. Tədbirə qatılan deputatlar,dövlət rəsmiləri və sadə vətəndaşlar müğənninin çıxışını uzun müddət alqışlamışlar. R.İ.H-nin başçısı müğənniyə xüsusi təşəkkürlərini bildirmişdir.
13 və 14 noyabr 2017-ci il tarixlərdə  ARB kanalının “Ulduzla bir gün” verlişinin yaradıcı heyəti müğənni Səyyad Əlizadə ilə çəkilişlər aparmışdı. Çəkilişlər Baki şəhərində, Qarabağda, o cümlədən müğənninin doğulub boya-başa çatdığı Füzuli rayonunun Şıxbaba kəndində aparılmışdır. Müğənni Səyyad Əlizadənin oxuduğu Arayatılı kənd orta məktəbinin şagird və müəllim heyəti ilə,Şıxbaba kənd orta məktəbinin şagird və müəllim heyəti ilə və sadə kənd sakinləri ilə görüşü çox böyük marağa səbəb olmuşdu. Onu da qeyd edək ki, bu veriliş efirə gedən zaman ən yüksək reytinq toplamışdır.
06.03.1018-ci ildə Xaçmaz şəhərində ,Xaçmaz R.İ H.-nin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə keçirilən dövlət tədbirində populyar müğənni Səyyad Əlizadə də dəvət olunmuşdu. Müğənninin təbrik  nitqi və oxuduğu sevilən nəğmələri qonaqlar tərəfindən coşğu ilə qarşılanmışdır. Tədbir ARB kanalı ilə lentə aklınmışdır.
07.03.2018-ci il tarixdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Qusar R.İ.H-nin və ARB kanalının  təşkilatçılı və dəvəti ilə müğənni Səyyad Əlizadə də bu tədbirə qatılmışdı. Onun oxuduğu populyar nəğmələri uzun müddət tamaşaçıların yaddaşından çıxmayacaqdır. Qusar Rayon İcra Hakimiyyətinin başçısı müğənniyə təşəkkürünü bildirmiş və onu fəxri-fərmanla təltif  etmişdir.
16.03.2018-ci ildə YAP-nın və Ağsu RİH-nin təşkilatçılığı ilə Prezident seçkilərinə həsr olunmuş Dövlət tədbirinə müğənni Səyyad Əlizadə də qatılmışdır.Oxuduğu mahnılar tamaşaçıların ürəyincə olmuşdur.
19.03.2018-ci il tarixdə Rusiya Federasiyasının Dərbənd şəhərində “Bəyaz Gecələr” ansamblı və bədii rəhbər Səyyad Əlizadənin solo konserti baş tutumuşdur.Konsert yüksək səviyyədə keçmişdir. Konsertə Dağıstanın başqa şəhərlərindən də tamaşaçılar gəlmişdilər.Müğənninin hər çıxışı sürəkli alqışlarla qarşılanırdı. Şəhər administrasiyası müğənnini fəxri-fərmanla təltif etmişdir.
22.03.2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində,Y.A.P-nın təşkilatçılığı və dəvəti ilə Prezident seçkilərinə həsr olunmuş dölət tədbirində müğənni Səyyad Əlizadənin çıxışı xüsusilə seçilmişdir. Belə ki,onun çıxışından böyük zövq alan çoxsaylı rayon zəhmətkeşləri müğənnini təkrar-təkrar səhnəyə dəvət etmişdilər. Təşkilatçılar Səyyad Əlizadəyə təşəkkürlərini bildirmişdilər.
23.03.2018-ci ildə Beyləqan şəhərində Prezident seçkilərinə həsr olunmuş Dövlət tədbirində müğənni Səyyad Əlizadənin çıxışı sürəkli alqışlarla qarşılanmışdır.
24.03.2018-ci il tarixdə Saatlı rayonunda keçirilən Prezident seçkilərinə həsr olunmuş Dövlət tədbirində populyar müğənni Səyyad Əlizadə də öz sevilən mahnıları ilə qatılmışdır.
25.03.2018-ci il tarixdə Yevlax şəhərində Prezident seçkilərinə həsr olunmuş Dövlət tədbirinə müğənni Səyyad Əlizadə də dəvət olunmuşdu. Yevlax sakinləri müğənnini böyük  coşğu ilə qarşılamışdılar.
26.03.2018-ci ildə Tovuz şəhərində Prezident seçkiləri ilə əlaqədar təşkil olunmuş Dövlət tədbirində müğənni Səyyad Əlizadə də çıxış etmişdir. Rayon rəhbərliyi və təşkilatçılar müğənniyə xüsusi təşəkkürlərini bildirmişdilər.
27.03.2018-ci ildə Qazax şəhərində Prezident seçkilərinə həsr olunmuş Dövlət tədbirində müğənni Səyyad Əlizadə öz sevilən mahnıları ilə qatılmışdı.
20.04.2018-ci il tarixdə Bakı “Loqos” tibb mərkəzində Azərbaycanın xalq şairi Nəriman Həsənzadə ilə deputatların,şairlərin və gənclərin görüşü baş tutmuşdur. Görüşün bədii hissəsində müğənni Səyyad Əlizadə və “Bəyaz Gecələr” ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.Şairin sözlərinə yazılmış nəğmələrin ifası tamaşaçıların ürəyincə olmuşdur. Şair Nəriman Həsənzadə müğənni haqqda çox yüksək fikirlər söyləmiş və ona təşəkkürlərini bildirmişdir.
07.05.2018-ci ildə Xaçmaz RİH-nin təşkilatçılığı ilə Ulu Öndərimiz H.Əliyevin anadan olmasının 95-illiyi ilə əlaqədar Dövlət tədbiri keçirilmişdi.Bu tədbirə dəvət olunan müğənni Səyyad Əlizadə özünün sevilən nəğmələrini ifa etmiş və böyük coşqu ilə qarşılanmışdı.
09.05.2018-ci il tarixdə Salyanda, Ulu Öndərimiz Heydər Əliyevin 95-illiyi ilə əlaqədar keçirilən Dövlət tədbirinə müğənni Səyyad Əlizadə də qatılmışdır. Müğənni təşkilatçıların təşəkkürnaməsinə layiq görülmüşdür.
21.06.2018-ildə Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar Səbail RİH-nin təşkilatçılığı ilə Goranboy rayonunda, “Ballı Qaya” da yerləşən 131 saylı hərbi hissədə Dövlət tədbiri keçirilmişdi. Tədbirdə rayon rəhbərliyi,ictimai-siyayi xadimlər, deputatlar və mədəniyyət nümayəndələri də iştirak edirdilər. Müğənni S.Əlizadənin oxuduğu hərbi marşlar,vətənpərvərlik nəğmələri və özünün populyar mahıları əsgər və zabit heyətiinin ürəyincə oldu, Şəxsi heyətin xahişi ilə müğənni təkrar-təkrar səhnəyə çıxdı.Hərbi hissə rəhbəri Səyyad Əlizadəyə təşəkkürlərini bildirib, onu fəxri fərmanla təltif etdi.
02.07.2018-ci il tarixdə Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar Xaçmaz şəhərində keçirilən Dövlət tədbirində müğənni Səyyad Əlizadənin çıxışı polis işçiləri tərəfindən böyük rəğbətlə qarşılandı.




Комментарии