Сообщения

Сообщения за март, 2019
SƏYYAD   ƏLİZADƏNİN      YARADICILIQ   YOLU !!           Əlizadə ( Əliyev ) Səyyad Əşrəf oğlu   Füzuli rayonunun Şıxbaba kəndində anadan olub. 1965-1975 -ci illərdə Arayatılı kənd orta məktəbini bitirib.Bu illər ərzində rayonun ictimai həyatında çox fəal iştirakı ilə öz yaşıdlarından daim fərqlənib.Rayonda keçirilən məhsul bayramlarında,konsertlərdə,tədbirlərdə gözəl ifası ilə tamaşaçıların hüsnü-rəğbətini qazanıb. 1972-73 -cü illərdə Füzulidə keçirilən “Qarabağ mahnı festivalı” nın qalibi olub.           1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub.İnstitutda yaradılmış “Arzu” xalq çalğı alətləri ansamblının solisti kimi bir çox uğurlara imza atıb.Belə ki,1978-ci ildə Lənkəran şəhərində keçirilən “ Ümumrespublika musiqi festivalı” nın qalibi olub.           1978-ci ilin oktyabr ayında Azərbaycan Televiziyasının məşhur “Xoş gördük tələbə” verilişində parlaq və yaddaşlarda uzun müddət qalan çıxışı ilə fərqlənib.Bu gözəl verilişə vəsiqə almaq üçün